ABŞ - Avropa xəttində Vaşinqton-Paris qarşıdurması Dünya

ABŞ - Avropa xəttində Vaşinqton-Paris qarşıdurması

Cavid

2000-ci ildən başlayaraq ABŞ Avropa İttifaqına münasibətdə ənənəvi siyasətindən qismən imtina edib. 2003-cü il Fransa-ABŞ münasibətləri krizis dövrü kimi xatirələrdə qalıb.
Amerikanın 2003-cü ildə İraqa qarşı hərbi əməliyyat hazırlığına Fransanın o zamankı prezidenti Jak Şirakın şiddətlə qarşı çıxması iki NATO ölkəsini qarşı-qarşıya gətirmişdi. Şirakın bu mövqeyi əslində Fransanın xarici siyasətinin prisipal istiqamətlərini izah edirdi. Mühafizəkar fransız elitası amerikan hegomonluğunu, xüsusilə Yaxın Şərq və Afrika regionunda qəbul etmək istəmirdi. Geopolitik kontekstdə çıxış yolları axtaran Fransa nəhayət ehtiyatlı şəkildə Şimal fenomeninə istiqmətləndi. Fransa keçmişdə olduğu kimi 2003-cü ildə də Rusiyaya münasibətdə ənənəvi mövqe nümayiş etdirirdi. Paris Moskvaya əl uzatmaqla geosiyasi kontekstdə fərqli mövqe nümayiş etdirməyə başladı.
Politoloq Zamin Axundov bildirib ki, o zaman fransız elitası Rusiyanın geosiyasi xarakterinə tamamilə etimad edə bilmirdi: "Lakin ümumi planda Rusiya-Fransa müttəfiqliyi üçün həmin dövrdə kifayət qədər ciddi geostrateji əsaslar var idi. Həm Rusiya həm də Fransa geosiyasi məğlubiyyətlə get-gedə daha çox barışmalı olurdu. Bu tip tendensiya real politik anlamda Avropa məkanında ciddi geosiyasi dəyişikliklərə səbəb ola bilərdi. Lakin ABŞ-ın çevik və konseptual xarici siysət strategiyası Avropa İttifaqının, əsasən də Fransanın kontinental strateji mövqeyinə təsir etdi. Belə demək mümkündürsə Fransız elitasının geostrateji konsepsiyaları məhz Fransanın yerləşdiyi məkanda, Avropada şantaj edildi.
2003-cü il Amerikanın İraqa qarşı hərbi müdaxilə hazırlığı, Vaşinqtonun "Şərqə doğru cəhd" strategiyası fransız elitasında dərin qayğılar yaratdı. Çünki oğul Buş Fransa başda olmaqla bütövlükdə Avropa İttifaqının geosiyasi maraqlarını nəzərə almırdı. Məsələn, "Cənnət və Güc: Yeni dünya sistemində Amerika və Avropa" kitabının müəllifi Robert Kagan amerkan mühafizəkar elitasının mövqeyini açıqlayarkən etiraf etmişdi ki, Avropa Amerikanın ayaq işlərini görməyə tamamilə qadirdir.
2003-cü ildən başlayaraq Vaşinqton "kontinental hakimiyyət" və "maliyə sistemlərində qlobal kapituliyasiya" konsepsiyalarını tətbiq edərək modern, amerikan mərkəzli geosiyasətin tətbiqinə başladı.
Konsepsiyalar empirik olsa da geosiyasi formul "yeni geosiyasət strategiyası" fonunda ələ alınırdı. Real situsiya və SSRİ-nin süqutu qlobal sistemdə ciddi boşluq yaratmışdır. Yeni güc mərkəzlərinin koalisiyalar fonunda təşkilatlanması ehtimalı isə ümumiyyətlə yüksəkdi. Xoşbəxtlikdən həmin dövrdə ABŞ mümkün olan hər şeyə malik idi.
Lakin sonrakı mərhələdə ABŞ, Fransanın tələblərini Yaxın Şərq və Afrika regionunda nisbətən nəzərə almaqla ABŞ - Fransa münasibətlərinə yumşaq güc nəzəriyyəsi müstəvisində pozitiv fon verə bildi. Bu unikal strategiya Vaşinqtonun ağıllı geosiyasi oyunçu olduğunu sübut edirdi. Artıq Fransa tərəfindən nisbi təcrid şəraitində formalaşdırılan koalisiya birinci mərhələdə darmadağın edilmişdi. Almaniya və Rusiya üçün hansısa qeyri-müəyyən koalisiyada təmsil olunmaq qətiyyən məntiqi deyildi. Bu eyni zamanda coğrafi məkanlar üzrə amerakan politikalarında real-geosiyasətin proses yaradan praqmatik modeli idi: "Bununla da Fransanın İraq politikası geosiyasi spektrdə ciddi təsirə məruz qaıdı. Yumşaq güc nəzəriyyəsi rəsmi Parisin geostrateji xarakterini manipuliyasiya edə bilmişdi.
Son mərhələdə nisbi razılıq əldə olunmuşdu.
ABŞ - Fransa razılaşmasına əsasən fransız şirkətləri müharibə sonrası İraqın inşası prosesində pay almalı idi. Buna cavab olaraq Fransa İraqa qarşı hərbi müdaxiləyə zəmin yaradan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 1483 saylı qətnaməyə səs verdi. Fransanın bu addımı avtomatik olaraq Almaniya və Rusiyanın da mövqeyinə təsir etdi. Bununla da Fransanın formalaşdırmağa cəhd etdiyi strateji halqa bərpa olunmaz səviyədə sonuncu dəfə darmadağın oldu. Əgər Almaniya və Rusiyanın geosiyasi xarakterini Fransa həmin dövrdə ABŞ-a qarşı prinsipal şəkildə formalaşdıra bilsəydi o zaman geosiyasi proseslər tamamilə fərqli məcaraya yönələcəkdi.
Nəhayət 2007-ci ildən başlayaraq Avropa da Fransanın təsirləri nəticəsində Rusiyameyilli strateji mərkəzlər Avrasiyada amerkan hegomoniyasına qarşı kölgədə qalmaqla mübarizə aparır. Fransa Amerikanın Avropaya təsirlərini neytralaşdırmaq və onun Afrikada təsirlərini minuma endirmək üçün "böyük gücü parçala" strategiyasını olduğu kimi saxlamaqdadır. Lakin Paris bu strategiyanı prinsipal formada tətbiq edə bilmir. Fransa-Rusiya münsibətlərində qeyd olunan tendensiyalar fonunda müəyyən yaxınlaşma hiss olunur. Xüsusilə fransız elitası Avropa İttifaqının xarici siyasətinə bir qayda olaraq antiamerikan fon verir. Bu tip manevrlər Moskvanı həyəcanlandırır".
Lakin politoloq qeyd edir ki, Fransa Avropaya daha çox bağlıdır: "Fransız mövqeyindən yanaşsaq, bütün bunların ciddi əasları var. Məsələn, hazırkı mərhələdə ABŞ-ın Asiya "pasifik regionuna artan marağı və Sakit okeanda möhkəmlənmək strategiyası Yaxın Şərq və Afrikada ciddi strateji boşluq yaratmışdır. Bütün bunların fonunda Braziliya, Çin və Rusiyanın Afrika və Yaxın Şərq regionunda aktivləşməsi müşahidə olunur. Xüsusilə Tunis və Liviya kimi ölkələrdə Fransanın geostrateji dayaqların zəiflədilməsi strategiyası Parisi rahatsız etməkdədir. Əgər Paris bu regionlarda sürətlə hərəkət edib qeyd olunan boşluğu doldurmasa o zaman Fransanın geosiyasi məğlubiyyət ehtimalı yüksək olaraq qalacaq. Əslində Fransanın Orta Şərq və Afrika regionunda ABŞ qarşı apardığı geostrateji mübrizə indiki mərhələdən fərqli olarq məhz 2007-ci ilərdə daha praqmatik və aktiv fazada təşkil edilirdi. 2007-ci ildə Nikola Sarkozinin Fransa prezidenti olmasından sonra Suriya-Fransa münsibətlərində pozitiv dönüş olmuşdur. Xüsusilə Fransanın Livandakı fərqli siyasi çevrələrlə olan möhkəm siyasi əlaqəsi Fransa-Suriya münsibətlərinə müsbət təsir etmişdir. Eyni zamanda bu dövrdə Fransa-Tunis əlaqələri tarixin qızıl dövrünü yaşayırdı".
Politoloq onu da bildirib ki, paralel müstəvidə Fransanın Misirlə əlqələrində də müəyyən yaxınlaşma müşahidə olunurdu. ABŞ-dan fərqli olaraq Fransa "Ərəb baharı" projesində Misir diktatoru Hüsnü Mübarəkə qarşı nisbətən mülayim olmuşdur. Ümumiyyətlə Fransa "Ərəb baharı" adı verilən coğrafi inqilab prosesində oyunçu olmaq kursundan vaz keçməmişdir. Fransa "Ərəb baharı" prosesində digər tərəfdən Türkiyəni də prinsipal rəqib kimi nəzərdən keçirib. Fransanın davranışları diplomatik və mediatik olsada onun proseslərə real təsir imkanları mövcudur. Bütün bunlar Vaşinqtonun Ərəb-İsrail münqişəsinə təsir aspektini və Fransanın imkanlarının bölgədə genişləndirilməsi məsələsində həssaslaşdırmışdır.
Bir az da keçmişə getsək məsələn, ABŞ 1998-ci ildə Fars, Cəzayir və Tunisi birləşdirən Vaşinqton mərkəzli regional iqtisadi proqram "Eizenstat strategiyasını" həyata keçirməyə çox yaxın olmuşdur. Demək olar ki, hətta bu iqtisadi layihə müəyyən mənada həyata keçirilmişdir. Lakin Avropa İttifaqının məhz Fransanın rəhbərliyi altında qeyd olunan regional iqtisadi proqrama qarşı çıxması, sonrakı mərhələdə isə bu layihəyə qoşulmaq həvəsi ABŞ və Avropa İttifaqı arasında ciddi qarşıdurma yaratamışdır.
Eyni zamanda Fransa 2009-cu ildə İranın təhdidlərini fürsət bilərək Birləşmiş Ərəb Əmirliklərində BƏƏ-də Hərbi Dəniz Bazası qurmağa cəhd göstərmişdir. Bu zaman ABŞ Fransanın bu mövqeyinə şiddətlə qarşı çıxmışdı. Göründüyü kimi həm Fransa həm də ABŞ Afrika və Yaxıın Şərq regionunda qarşılıqlı rəqabət aparır. Lakin Vaşinqtonun qlobal proseslərə təsiri və onun iqtisadi hərbi qüdrəti Fransanı bir qayda olaraq məyus edir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Avropada "köhnə-yeni güc" peyda olmaqdadır. Bu unikal iqtisadi modelə söykənən və Avropa mərkəzli siyasi güc olmaq iddiasını sürdürən, paralel müstəvidə müxtəlif geosiyasi formulların axtarışında olan dövlət Almaniyadır. Taleyin ironiyasına bax ki, ABŞ və Almaniyanı protestant kilsələri birləşdirir. Bu fakt romantik dini baxışların konsolidasiyası baxımından önəmlidir. Etiraf olunmasa da bu reallıq inkar da edilmir".
Nəhayət, 2004-cü ildə Corc Buşun yenidən prezident seçilməsi Avropa İttifaqı ilə ABŞ arasında köhnə münsibətlərə müəyyən mənada pozitiv enerji verdi. Paris "Vaşinqton xəttində Yaxın Şərdə kordinasiyalı politikalar dəstəkləndi. Hətta ABŞ və Fransa 2 sentyabr 2004-cü ildə Suriyanın Livandan geri çəkilməsi və "Hizbullah" məsələsində 1559 saylı ortaq qərara imza atdı. Bütün bunlar o demək idi ki, amerikan strateqləri Fransanın geosiyasi xarakterində marjinal istiqamətləri müşahidə edə bilirdi. Etiraf etmək çətin deyil ki, Fransa Avropa İttifaqının geosiyasi konsepsiyalarını formalşdıran ənənəvi aktordur və onun mövqeyi bir çox hallarda təsirli olur. Ümumiləşdirsək, demək lazımdır ki, Avropa İttifaqı, Fransa və ABŞ münasibətləri bir xətt üzrə inkişaf etmir. Bu münasibətlər dəyişgən və fantasmaqorikdir: "Hətta Bill Kliton və hazırkı Barak Obama administrasiyasının Avropa politikalarına baxsaq, burda da ciddi bir fərq yoxdur. Hətta demək olar ki, oxşarlıqlar daha çoxdur. Çünki Kiliton administrasiyasının Avropa politikasında yenə də həssas nöqtə kimi Avropada Paris nəzərdən keçirilirdi. Konkretləşdirsək, hazırkı məqamda Rusiya - Ukrayna böhranına münasibətdə ABŞ-ın mövqeyi ilə Avropa ölkələrinin, xüsusilə Fransa və Almaniyanın mövqeyi mediyatik spektrdə oxşar tendensiyalarla yadda qalmışdır. Lakin praktiki siysətdə, pərdə araxasında ciddi fərqlilklər mövcudur. Avropalılarda artıq o hiss güclüdür ki, Amerika Avropanı hissə-hissə işğal edir, onun iqtisadi, siyasi çəkisini manipuliyasiya edir. Bu fikirin formalaşmasında mühafizəkar fransız siyasi elitasının xüsusi rolu vardır. Biz Suriya məsələsinə də bu konteksdən baxmalıyıq. ABŞ və Avropa İttifaqının Suriya siyasətinə baxışı ümumi planda eynidir. Lakin burda ciddi və son dərəcə incə məqamlar var.
Sonda qeyd edilməlidir ki, Fransanın "Aralıq üçün birlik" projesinin qarşısını kəsən bir başqa layihə Amerikanın 2004-cü ildə ortaya qoyduğu "Yaxın Şərq və Cənubi Afrika regionunda azad ticarət konsepsiyasıdır".
Bu konsepsiya Fransanın iqtisadi maraqlarına ciddi zərbə kimi dəyərləndirilməlidir. Hazırkı mərhələdə Fransanın imkanları hətta Türkiyə ilə rəqabətdə olduqca zəifdir və onun eyforik xarici siyasət strategiyası Parisə divident gətirməməkdədir. Bütün bunların fonunda demək lazımdır ki, Afrika və Yaxın Şərq regionunda baş verən proseslərə, neqtiv formada həm Fransanın həm də ABŞ-ın ciddi təsirləri olmuşdur.