21 İyul 20:45
BMT-nin İnsan Hüquqları üzrə Ofisi İsrailin Qəzzaya hücumlarını pislədi
Makron yeniyetmələrin sosial mediadan istifadəsinə qadağa qoyduğunu açıqladı
"Kups"un baş məşqçisi: Hələ də şansımızın olduğunu düşünürəm
Azarkeşlərimiz yəqin ki, məyus ayrılırlar - Valdas Dambrauskas
Tramp İranın yeni nüvə obyektinə zərbə endiriləcəyini açıqlayıb
29 İyun 2020 15:52
4 984.jpg)
Hayko Maas: “Qonşuluğumuzdakı münaqişələrə daha yaxşı nəzarət barədə düşünməliyik”
“Avropa İttifaqı (Aİ) Şurasına prezidentliyi dövründə Avropanın ABŞ-dakı seçkilərin nəticələrinə hazır olmasını təmin etmək Almaniyanın vəzifəsi olacaq”.
Bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas Xarici Əlaqələr üzrə Avropa Şurası Siyasi Araşdırmalar Mərkəzinin virtual formatda keçirilən illik konfransında deyib.
“Eyni zamanda Co Baydenin yeni və ya Donald Trampın ikinci administrasiyasına müraciət edəcəyimizi nəzərə almaqla, münasib gündəm hazırlamaq da bizim vəzifələrimizin arasında olacaq. Noyabrda keçiriləcək seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, hətta ABŞ olmadan belə Avropanın qonşuluğundakı münaqişələrə daha yaxşı necə nəzarət etmək barədə düşünməli olacağıq. Bu səbəbdən, prezidentliyimiz dövründə Avropa Sülh Fondu üzərində işi yekunlaşdırmaq və burada, Berlində Mülki Böhranların İdarə edilməsi üçün Avropa Mərkəzi yaratmaq istəyirik”, - deyə Almaniya XİN başçısı vurğulayıb.
21 İyul 23:18
1 281
21 İyul 20:58
1 113
21 İyul 20:06
1 099