9 Noyabr 2020 09:19
2 219
Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 72 nəfər dünyasını dəyişib.
“TASS”-a istinadən xəbər veririk ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 7361-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 468 269 insanda koronavirus aşkar olunub, onlardan 5751 nəfəri son sutkada təsdiqlənmiş yoluxma hallarıdır. Həmçinin ümumilikdə 339 913 xəstə sağalıb.