16:10
1 225
Türkiyə sərhədlərinə yaxın ərazidə İran tərəfindən buraxılan raketin vurulması insidenti fonunda istənilən düşmən hərəkətinə cavab verməyə hazır olduğunu və NATO ilə məsləhətləşmələri davam etdirəcəyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Bürhanəddin Duran bildirib:
“İrandan buraxılan raket İraq və Suriya hava məkanından keçərək Hatay bölgəsində bizim hava məkanımıza doğru istiqamətlənmişdi. O, NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilərək məhv edilib. Raket əleyhinə sistemin fraqmenti Hatay vilayətində açıq əraziyə düşüb. Ölən və yaralanan yoxdur. Ərazimizin və hava məkanımızın qorunması üçün bütün zəruri addımlar tərəddüdsüz atılacaq. İstənilən düşmən hərəkəti beynəlxalq hüquq çərçivəsində lazımi cavabını alacaq. Bu proses boyunca NATO və müttəfiqlərimizlə məsləhətləşmələr və əməkdaşlıq davam edəcək.”
Məryəm Quliyeva
17:29
644
16:50
679
16:03
1 218