İMQ Tehranın hava limanına zərbə endirdiyini açıqlayıb Gündəm

İMQ Tehranın hava limanına zərbə endirdiyini açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Tehrandakı Mehrabad Beynəlxalq Hava Limanına zərbə endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilir ki, hücum “müdafiə və aşkarlama sistemlərini” sıradan çıxarmaq məqsədi daşıyıb. İsrail tərəfinin versiyasına görə, həmin sistemlər İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri üçün təhlükə yaradırdı.

Məryəm Quliyeva