Türkiyə İrandan atılan ballistik sursatı məhv edib Gündəm

Türkiyə İrandan atılan ballistik sursatı məhv edib

Şərqi Aralıq dənizindəki NATO hava hücumundan müdafiə sistemləri İrandan atılan ballistik sursatı məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Departamentin açıqlamasında deyilir: "İran ərazisindən atıldığı və İraq və Suriya hava məkanından keçdikdən sonra Türkiyə hava məkanına doğru hərəkət etdiyi müəyyən edilən ballistik sursat, Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə bölmələri tərəfindən zərərsizləşdirilib".

Məryəm Quliyeva