İsrail ordusu Beyruta hədəfli zərbə endirib
28 May 15:32
28 May 15:32
İran: "ABŞ vurduğu yüz milyardlarla dollarlıq ziyanı ödəməlidir"
Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb
“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
Qazaxıstan Bakı-Supsa kəmərini mümkün neft ixracı marşrutları arasında qiymətləndirir
22 Dekabr 2020 14:20
2 247
Rusiya Prezidenti Vladimir Putin eks-prezidentin Federasiya Şurasına ömürlük senator təyin olunması haqda federal qanunu imzalayıb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın hüquq-informasiya portalında məlumat yerləşdirilib.
Qanun artıq qüvvəyə minib.
Qeyd edək ki, eks-prezidentin səlahiyyət müddəti başa çatandan sonra ömrünün sonunadək senator olmasına imkan verən qanun layihəsi dekabrın 9-da Rusiya Dövlət Dumasında qəbul olunub. Rusiya Federal Məclisi Federasiya Şurasının formalaşdırılması qaydası haqqında qanunun redaksiyasının müəllifi Prezident Vladimir Putin olub. Qanun layihəsi konstitusiyaya düzəlişlər çərçivəsində təqdim olunub. Qanuna təklif olunan yeniliklərə görə, Federasiya Şurası senatorlardan təşkil olunur. Palataların tərkibinə Rusiya Federasiyasının hər subyektindən iki nümayəndə daxil olur - onlardan biri qanunvericilik, digəri isə icra hakimiyyəti orqanlarını təmsil edir. Prezident isə səlahiyyət müddəti başa çatan kimi ömürlük senator təyin olunur.