Türk Hava Qüvvələri İraqın şimalında onlarla PKK terrorçusunu zərərsizləşdirib Dünya

Türk Hava Qüvvələri İraqın şimalında onlarla PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında Hakurk və Qəndil bölgələrində hava əməliyyatı zamanı 25 PKK terrorçusunu zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Buxarestə zəfər zamanı deyib.

Onun sözlərinə görə, qrupun liderlərindən biri zərərsizləşdirilən silahlılar arasındadır:

"PKK terror təşkilatının Qəndil da daxil olmaqla heç yerdə özünü rahat hiss etməyəcəyinə dair xəbərdarlıq etdik. Terrorçuların qaçmağa başqa yeri yoxdur".

Onun sözlərinə görə, Türkiyə "FETÖ, PKK / YPG və İŞİD başda olmaqla [terror təşkilatlarının] ölkənin və millətin təhlükəsizliyinə yönəlmiş bütün təhdid və təhlükələrə" qarşı mübarizəni davam etdirir.