“İnsanpərvər və bəşəri hisslərin təzahüründə dinimiz böyük əhəmiyyət kəsb edir” Hadisə

“İnsanpərvər və bəşəri hisslərin təzahüründə dinimiz böyük əhəmiyyət kəsb edir”

Vüqar Nuriyev: "Dini məsələlərdə ən vacib olan - maarifçiliyin düzgün aparılması işidir"


"Azərbaycan yerləşdiyi coğrafi məkana görə, daim dünya ölkələrinin diqqət mərkəzində olub. İstər Xəzər dənizi, istərsə də Asiya və Avropa qitələri arasında önəmli mövqedə olmağımız dini münasibətlərin formalaşmasında da öz rolunu oynayır. Çoxmillətli və çoxkonfessiyalı dövlət olan müstəqil Azərbaycan Respublikasının məhz bu baxımdan həyata keçirdiyi din siyasəti təqdirə layiqdır. Bu gün ölkəmizdə dini etiqad və vicdan azadlığının Azərbaycan Respublikasının Konstitusiyasına, eyni zamanda, beynəlxalq hüquqi sənədlərin tələblərinə uyğun olaraq təmin edilməsi üçün zəruri hüquqi-siyasi şərait yaradılıb". Bu fikirləri Vətənpərvər Gənclər Klubunun İdarə heyətinin üzvü Vüqar Nuriyev səsələndirib. Onun sözlərinə görə, dinimızin İslam olması müsəlman olaraq hər birimizdə yüksək islamı dəyərlərin yaranmasına səbəb olub: "Əxlaqi və mənəvi kodekslərin, insanpərvər və bəşəri hisslərin təzahüründə dinimiz böyük əhəmiyyət kəsb edir. Dini məsələlərdə ən vacib olan - maarifçiliyin düzgün aparılması işidir. Bu istiqamətdə dini qurumların son dövrdə gördüyü işlər nəzərəçarpan dərəcədə yüksəlmişdir. Bununla belə, bu məsələlərə davamlı olaraq diqqətlə yanaşılması vacibdir.
Dini elm və təhsilin bu istiqamətdə rolu böyükdür. Dini təhsil əldə edərək, bu yöndə düzgün maarifləndirmə işi aparan xadimlər cəmiyyətdə normal dini münasibətlərin yaranması missiyasını öz üzərində daşıyırlar.
Dinin siyasətə qarışdırılması nə dərəcədə düzgündür? Din və siyasət – heç bir bağlılığı olmayan istiqamətlərdir. Siyasət - ölkənin və dövlətin maraqlarını əks etdirir. Din isə ümümi və bəşəri dəyərləri özündə çəmləşdirən mənəviyyat məsləsidir.
Radikalizmə meyllənmənin qarşısını necə almaq olar? Təkcə müsəlman aləmində deyil, həmçinin digər dinlərdə əks qütblü və radikal meyllərin yaranması təəssüf doğurur. Bu, bayaq söylədiyim kimi, düzgün dini elm əldə etməyən xadimlərin sadə insanları öz əhatəsinə cəlb etməsi sayəsində formalaşır. Amma cəmiyyətin sağlam düşüncə və əqidə daşıyıcıları belə radikal meyllərə qarşıdır. Bu meyllərin qarşısı yalnız nümunəvi dini maarifləndirmə işi sayəsində alına bilər".

Əli