KİVDF mediaya nə verdi? Hadisə

KİVDF mediaya nə verdi?

Natiq Məmmədli: "Burada əsas hədəf yazılı KİV-i təkcə böhrandan çıxarmaq yox, eyni zamanda onları bir biznes strukturuna çevirməkdir"
Namiq Əliyev: "KİVDF yaranan gündən etibarən jurnalistlər üçün çox böyük işlər görüb"
Cəmaləddin Həsənoğlu: "Bu, Azərbaycan mediasını uğursuz bakalavr və magistrlərin ucuz işçi qüvvəsi kimi çalışdığı sektora çevrilməkdən xilas etdi"
Aqil Camal: "KİVDF yaranmasaydı Azərbaycanda ənənəvi mətbuat məhvolma təhlükəsi ilə üzləşə bilərdi"
Bu gün Azərbaycan Respublikasının Preziderti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaranmasının 5 ili tamam olur. Bu qurum fəaliyət göstərdiyi müddət ərzində hansı uğurları ilə yadda qaldı, mediaya nə verdi?
"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli bildirdi ki, KİVDF 2008-ci ildə qəbul olunmuş Azərbaycanın Kütləfi İnformasiya Vasitələrinin inkişafına dair dövlət Kosepsiyası çərçivəsində yaradılıb: "Bu konsepsiyada mətbuatın hərtərəfli infkişafına yönələn çox geniş fikirlər öz əksini tapıb. Fondun da məqsədi bu konsepsiyadan irəli gələn məsələləri icra etmək, yerinə yetirməkdən ibarətdir. Burada əsas hədəf yazılı KİV-i təkcə böhrandan çıxarmaq yox, eyni zamanda onları bir biznes strukturna çevirməkdir. Yəni ki, bu qəzetlər özləri özlərini maliyyələşdirə bilsinlər, həm də biznes strukturu kimi fəaliyyət göstərsinlər. Aradan 5 il keçir. Bu 5 il ərzində çoxlu layihələr həyata keçirilib. Bu layihələr də qəzetləri işinə bir çox sferalarda çox müsbət təsir göstərib. Fərdi jurnalist yazıları müsabiqəsi, qəzetlərin maliyyələşməsi mühüm addım kimi qəbul olunur. Arzu edirəm ki, dövlətin bu siyasəti davamlı olsun, o vaxta kimi ki, qəzetlər biznes strukturuna çevrilə bilsinlər".
"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev isə dedi ki, KİVDF yaranan gündən etibarən jurnalistlər üçün çox böyük işlər görüb: "Xüsusən də qəzetlərin maddi texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Qəzetlərə ayrılan vəsait çap mediasını inkişafı çüün önəmlidir. Hər il bir neçə dəfə jurnalistlər üçün yazı müsabiqəsi keçirilir. Xüsusən qurumun rəhbəri Vüqar Səfərlinin əməyini qiymətləndirirəm. Onun şəxsi təşəbbüsü ilə rayon icra hakimiyyətləri ilə birlikdə müsabiqələr keçirilir. Həm icra hakimiyyətlərinin gördüyü işlər dəyərləndirilir, həm də jurnalistlər mükafatlandırılır. Bunu ayrı-ayrı nazirliklərlə birgə keçirilən müsabiqələrə də aid etmək olar".
Publika.az saytının redaktoru Cəmaləddin Həsənoğlu bildirdi ki, KİVDF-nin yaranması Azərbaycan dövlətinin ilk növbədə mediaya yüksək diqqət və qayğısının göstəricisidir. Onun sözlərinə görə, bu, Azərbaycan mediasını uğursuz baklavr və magistrlərin ucuz işçi qüvvəsi kimi çalışdığı sektora çevrilməkdən xilas edib: "Sirr deyil ki, KİVDF-nin istər KİV-lər, istərsə də fərdi jurnalistlər üçün keçirdiyi müsabiqlərdən yüzlərlə həmkarımız maddi baxımdan faydalanmaq imkanı əldə ediblər və edirlər. Həm də bu faydalanma kiməsə gözükölgəlilik gətirəcək bir durum deyil.
Dövlət eyni zamanda reklamvericilərin, belə demək mümkünsə reytinq diktəçilərinin təzyiqi ilə az qala unutdurduğu sahələri - uşaq hüquqları, tolerantlıq, vətənpərvərlik və s. kimi cəmiyyətin zərurət duyduğu sahələrin diqqətdən kənarda qalmasına imkan vermədi. Arzuolunandır ki, media ictiamiyyətinin səsləndirdiyi təkliflər nəzərə alınaraq KİVDF-nin əsasnaməsinə müvafiq düzəliş edilməklə bu yardımların əhatə dairəsi daha da genişlənərək elektron KİV-ə də şamil olunsun. Saytda dərc olunmuş yazılar KİV məhsulu sayılaraq müsabiqəyə qəbul olunsun, bir sözlə KİVDF sadəcə çap mediasının deyil, bütün KİV-lərin hamisinə çevrilsin".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu özünün fəaliyyəti ilə Azərbaycan mətbuatını milli mətbuatımızın inkişafı tarixində yeni mərhələyə çıxardı. Baş redaktorun sözlərinə görə, KİVDF tərəfindən müəyyənləşdirilmiş layihələr və həmin layihələrdə əksini tapmış mövzular müasir Azərbaycanın milli maraqlarına cavab verən prioritet istiqamətləri əhatə edir: "Məhz bu mənada hesab edirəm ki, KİVDF-nin fəaliyyəti və onun mətbuata dəstəyi təkcə maddi müstəvidə ölçülməməli və qitmətləndirilməməlidir. Çünki bu layihə mətbuata, yeni intellektlərin cəlb olunmasını, mətbuata dövlətin və xalqımızın ümumi maraqlarını ifadə edən mövzuların gətirilməsini və bu mövzular ətrafında geniş jurnalist araşdırmalarının aparılması kimi keyfiyyətcə yeni istiqamətləri gətirib. Hesab edirəm ki, biz məsələyə kompleks yanaşsaq görəcəyik ki, bu, Azərbaycanda mətbuatın inkişafına maddi, intellektual, mövzu rəngarəngliyi, eləcə də araşdırmaçı jurnalistikanın inkişafı istiqamətində töhfələrin verilməsi baxımından olduqca qiymətlidir. Bu mənada düşünürəm ki, KİVDF tərəfindən mətbuata ayrılan son maddi dəstək də sadaladığımız sahələrdə yeni inkişaf və keyfiyyət dəyişiklərinə gətirib çıxaracaq".
Tanınmış jurnalist Azər Həsrət "əlbəttə ki, belə bir qurumun fəaliyyətə başlaması böhranla üz-üzə olan Azərbaycan qəzetləri üçün əlavə nəfəslik rolunu oynadı",- deyə bildirodi: "Bundan başqa, ayrı-ayrı jurnalistlərin fərdi şəkildə dəyərləndirilməsi, öz gücünü sınaması üçün də bir platforma yaranmış oldu. Bu baxımdan Prezident yanında KİV-in inkişafına dövlət dəstəyi fondu yetərincə faydalı bir qurum kimi öz üzərinə düşəni yerinə yetirə bildi və bilməkdədir. Ona görə də cənab Prezident İlham Əliyev başda olmaqla bu qurumun fəaliyyətində əməyi keçən hər kəsə təşəkkür edib təbriklərimi çatdırmaq istərdim".
"Türküstan qəzetinin baş redaktoru Aqil Camal bildiodi ki, 5 il əvvəl KİVDF-nin yaradılması dövlətin kütləvi informasiya vasitələrinə, xüsusilə çap mediasına dəstəyinin artıq, daha effektiv və davamlı müstəviyə keçməsi mərhələsi idi: "Mən çap mediasında çalışdığım üçün bu qurumun əhəmiyyətini daha yaxından görmək imkanında olan insanlardanam. KİVDF-nin fəaliyyətində bir neçə əsas istiqamət var ki, ötən 5 ildə bu istiqamətlər üzrə aparılan işlər öz nəticələrini verib. Bunlardan biri ilk növbədə qəzetlərin layihələrinin fond tərəfindən ilboyu maliyyələşdirilməsidir. Hazırda, elektron media ilə çap mediasının kəskin rəqabəti şəraitində olduğu, həmçinin, son illər mətbuat yayımı ilə bağlı ortaya çıxan problemlər fonunda qəzetlərin yalnız özü gücləri hesabına ayaqda qalması qeyri-mümkündür. Bu baxımdan, əminliklə demək olar ki, əgər KİVDF yaranmasaydı və fondun qəzetlərə ayırdığı yardımlar olmasaydı, Azərbaycanda ənənəvi mətbuat məhvolma təhlükəsi ilə üzləşə bilərdi. Bu mənada, fondun yaranmasını həm də dövlətin ciddi mətbuatı qorumaq üçün qabaqlayıcı addımı da hesab etmək olar. 5 ildə KİVDF həmçinin, jurnalistlər üçün mütəmadi keçirilən yazı müsabiqələri, "reket jurnalistika"ya qarşı mübarizə, media nümayəndələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırlıması üçün göstərilən təşəbbüslər, hakimiyyət-mətbuat əlaqələrinin gücləndirilməsi, ciddi mətbuatın nüfuzunun artırılması kimi işlərlə xarakterizə oluna bilər.

Əli