"Paşinyan dinin dövlət işlərinə müdaxiləsinə yol verməyəcəyini bəyan edib" Gündəm

"Paşinyan dinin dövlət işlərinə müdaxiləsinə yol verməyəcəyini bəyan edib"

Ermənistan dünyəvi dövlət modelinə malik ölkədir və Paşinyan bu mənada dinin dövlət işlərinə müdaxiləsinə yol verməyəcəyini bəyan edib. Kilsə Paşinyanla qarşıdurmasında onun "Artsax" ermənilərinə qarşı mövqeyini əlində bayraq edərək baş naziri Avropa insan haqları ilə bağlı konvensyanın müddəalarını pozmaqda ittiham edir.

Bunu xalqcebhesi.az-a politoloq Elşən Manafov Ermənistanda din xadimlərinin həbsinə münasibətində deyib.

O, qeyd edib ki, kilsənin bununla bağlı ifrat fədakarlğı isə aydındır ki, Azərbaycanla sülh danışıqlarının perspektivlərinə ciddi təhlükə yarada bilər. Paşinyan isə ictimai sabitliyinin qorunub saxlanılmasına məsul şəxs olaraq buna yol vermək istəmir. Hərçənd, kilsə və müxalifət tərəfindən bəlli həbslərlə bağlı söylənilənlərə cavab olaraq Paşinyan həbslərin Azərbaycanla aparılan sülh danışıqları ilə bağlı olmadığını bildirib. Bununla belə bu həbslərin siyasi qarşıdurmanın doğurduğu konyuktura ilə bağlılığı şübhə doğurmur:

"Siyasi konyukturaya ciddi şəkildə təsir göstərən digər faktor isə regionun gələcək geosiyasi arxitekrurası ilə bağlı Paşinyanın Qərblə ortaq baxışlarıdır. Bu baxışlar Rusiyaya da məlumdur və o təbii ki, müxalifətin məlum kəsiyi, habelə erməni kilsəsi ilə iş birliyində məlum proyeklərin realizə olunmasının qarşısını almağa çalışır. Region ətrafı nəqliyyat dəhlizlərinin perspektiv arxitekturası ilə bağlı məsələlər də tərəflər arasında geosiyasi qarşıdurmanın səbəblərindəndir.
Paşinyan üçün ciddi təhlükəni isə ənənəvi müxalifət deyil, onun müstəqil namizdlə iş birliyi təşkil edə bilər. Bu mənada iş adamı Karapetyanın həbsi ilə bağlı qərar Paşinyan tərəfinin siyasi məğlubiyyətdən sığortalanmaq uçun atdığı addımdır".

Cavid