İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
18 Oktyabr 2025 10:45
7 756
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
ƏHD Partiyası mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, təbrikdə deyilir:
-ƏHD Partiyası 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə xalqımızı təbrik edir. 28 May 1918-ci ildə Rəsulzadənin liderliyi ilə Azərbaycan Xalq Cümhuriyyyətinin yaradılmasından sonra tariximizin ən möhtəşəm səhifəsi olan 18 oktyabr 1991-ci ildə xalqımız 1920 -ci ildə itirilmiş dövlət müstəqilliyimizi bərpa etdi. Xalqımız bu günün qazanılmasında müstəsna xidmətləri olmuş Elçibəyin lideri olduğu Azərbaycan Xalq Cəbhəsini və həmin dövrdə Milli Azadlıq Hərəkatına ciddi dəstək verən, xalq arasında böyük nüfuz sahibi olan, böyük dövlət xadimi, sonradan ölkəni dağılmaqdan və vətəndaş qarşıdurmasından xilas etmiş Heydər Əliyevin xatirəsini heç zaman unutmamalıdır. ƏHD Partiyası müstəqilliyin bərpa olunmasında xidmətləri olan hər kəsi böyük ehtiramla anır, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir. Allah xalqımızı və müstəqil dövlətimizi qorusun!
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309