İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
18 Oktyabr 2025 20:32
5 474
“Son on beş gün ərzində Prezident İlham Əliyevin dörd böyük beynəlxalq zirvə toplantısında – BMT Baş Assambleyasında, Danimarkada Avropa Siyasi Birliyinin sammitində, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə və Misirdə Sülh Sammitində iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi. Dövlət başçısının bu tədbirlərdəki çıxışları Azərbaycanın qlobal siyasətdə etibarlı tərəfdaş, sülh və əməkdaşlıq təşəbbüskarı kimi qəbul edildiyini göstərdi”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Politoloq əlavə edib ki, müxtəlif siyasi coğrafiyalarda Prezidentə göstərilən hörmət və etimad Azərbaycanın regional sabitlik və enerji təhlükəsizliyində oynadığı mühüm rolu da önə çıxardı: “Qısa zaman ərzində keçirilən bu dörd zirvə görüşü Azərbaycanın diplomatik çevikliyinin, dövlət rəhbərliyinin qlobal proseslərdə məsuliyyətli və nüfuzlu aktor kimi mövqeyinin təsdiqidir. İlham Əliyevin beynəlxalq tribunalardakı çıxışları təkcə ölkənin maraqlarını deyil, həm də ədalət və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dünya nizamının qurulmasına çağırış idi”.
Röya İsrafilova
16 Yanvar 21:29
1 176
16 Yanvar 20:47
1 190
16 Yanvar 17:35
1 442