
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Novokuybışev neft və Orenburq qaz emalı zavodlarını hədəfə alıb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Samara vilayətində yerləşən Novokuybışev zavoduna 19 oktyabr gecəsi zərbə endirilib. Ərazidə partlayışlar və yanğın qeydə alınıb. Müəssisə ildə 4,9 milyon ton nefti ilkin emal edir və 20-dən çox növdə məhsul istehsal edir.
Baş Qərargahın məlumatına görə, “ELU AVT” adlı ilkin emal qurğuları zədələnib, ərazidə yanğın davam edir. Bu zavodun Rusiya Ordusunun yanacaq təminatında mühüm rol oynadığı vurğulanıb.
Orenburq vilayətində yerləşən qaz emalı zavodu da zərbəyə məruz qalıb. Bu müəssisə ildə 45 milyard kubmetr qaz və 6,2 milyon ton kondensat emal etmək gücünə malikdir. Zavodun qaz təmizləmə qurğularından biri sıradan çıxıb.
Bundan əlavə, Ukrayna Ordusu Rusiyanın nəzarətində olan Berdyansk şəhərindəki yanacaq-sürtkü bazasına da zərbə endirib. Ərazidə partlayışlar və yanğın qeydə alınıb.