Putin müharibəni niyə dayandırmaq istəmir? Dünya

Putin müharibəni niyə dayandırmaq istəmir?

İnsanlar hazırda Rusiyada Ukraynaya qarşı müharibədə iştiraka görə böyük pullar ödəyirlər. Bu, Ukraynaya qarşı döyüşənlərin sülh dövründə qazandıqları puldan 10-15 dəfə çoxdur.

Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us Putinin müharibənin dayandırmamasına münasibətində deyib.

O, qeyd edib ki, müharibənin dayandırılması o deməkdir ki, əlində silah və onlardan istifadə təcrübəsi olan bütün bu insanlar evlərinə 10-15 dəfə aşağı maaşla qayıtmalıdırlar: "Bu, inqilabi vəziyyətdir. Necə ki, 1917-ci il inqilabından əvvəl. Onun buna ehtiyacı yoxdur".

Cavid