Hesablama Palatası “Azərenerji”də ciddi nöqsanlar aşkarladı Hadisə
Bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığı, layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyi, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyi, işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən birbaşa müqavilələrin bağlanıldığı aydınlaşıb.
Bəzi obyektlərin başa çatdırılmasına baxmayaraq Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbul olunmadığı, bununla belə, həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyi bildirilib.
ASC tərəfindən bir sıra istiqamətlər, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu üzrə büdcə təkliflərinin Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə əməl edilməklə tərtib edilməsi, sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılması, layihə-smeta sənədlərinin müvafiq qaydada ekspertizadan keçirilməsi, dövlət əsaslı vəsait qoyuluşundan və digər dövlət maliyyə resurslarından maliyyələşdirilən tikintilər üzrə sifarişçi funksiyalarının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatlar tərəfindən hazırlanması, eləcə də, işlər yerinə yetirilmədən uzun müddətə podratçı təşkilatlarda büdcə vəsaitlərini debitor borc kimi saxlamaqla həmin təşkilat üçün əlavə dövriyyə vəsaitinin yaradılması hallarına yol verilməməsi sahəsində nəzarətin gücləndirilməsi zərurəti olduğunu qeyd edilib.
Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilib, Kollegiya üzvlərinin təklif və iradları dinlənilib və nəzərə alınıb. Kollegiya Qərarı səsə qoyularaq qəbul edilib.
15 Dekabr 2015 15:38
1 680
Xəbər lenti
.jpg)






























.png)




















