“ Din adı altında terror hadisələri vüsət alıb” Hadisə

“ Din adı altında terror hadisələri vüsət alıb”

"Azərbaycanda dini radikalizmə qarşı mübarizə mütəmadidir".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. O, dini radikalizmə qarşı mübarizənin Azərbaycanda bu gün daha aktual olduğunu vurğulayıb: "Bu gün dünyanın 40 ölkəsində dini radikalizm zəminində münaqişə mövcuddur. Münaqişə və müharibələr olan ölkələr əsasən müsəlman olan ölkələrdir. Son illərdə 60 minə yaxın terror hadisəsi baş verib. Din adı altında terror hadisələri vüsət alıb. Biz eyni zamanda xurafata qarşı da mübarizə aparırıq. Şükürlər olsun ki, indiyədək bizdə dini zəmində qarşıdurma, konflikt qeydə alınmayıb. Bu, bizim uğurumuzdur. Bizdə tolerantlıq artıq dünyada nümunəyə çevrilib. Bir sıra ölkələr bizdəki tolerantlıq təcrübəsini öyrənmək üçün bizim komitəyə müraciət edib".
Komitə sədri qeyd edib ki, multikultralizmin, tolerantlığın təbliğində Heydər Əliyev Fondunun rolu əvəzsizdir.