Azərbaycan 70-ə yaxın xarici vətəndaşa qaçqın statusu verib Hadisə

Azərbaycan 70-ə yaxın xarici vətəndaşa qaçqın statusu verib

BMT nümayəndəsi: "Onların da əksəriyyəti İran İslam Respublikasından gələnlərdir"

"Azərbaycana qaçqın statusu almaq üçün müraciət edən şəxslər əsasən Əfqanıstan, Pakistan, İran vətəndaşlarıdır. Hazırda onların sayı 600 nəfərə yaxındır".
Bunu APA-ya açıqlamasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Hüquq şöbəsinin müdir müavini Bela İsmayılova deyib. B. İsmayılova bildirib ki, Azərbaycana qaçqın statusu ilə bağlı müraciət edən şəxslər əsasən münaqişəli ölkələrin vətəndaşlarıdır və onlar öz ölkələrini müharibə və münaqişə nəticəsində tək edib, Azərbaycanda sığınacaq axtarırlar. Onun sözlərinə görə, Azərbaycan hökuməti 2003-cü ildən qaçqın statusunun müəyyənləşdirilməsi prosesinə başlayıb və bu müddət ərzində hökumət 70 nəfərə yaxın xarici vətəndaşa qaçqın statusu verib: "Onların da əksəriyyəti İran İslam Respublikasından gələnlərdir".