"Fransadakı aksiyalar ABŞ tərəfindən yönləndirilən aysberqin görunən tərəfləridir" Dünya

"Fransadakı aksiyalar ABŞ tərəfindən yönləndirilən aysberqin görunən tərəfləridir"

Fransada təhsil problemləri ilə baglı yaşanan etiraz aksiyaları və ya sarı jiletlilər hərəkatı ABŞ tərəfindən yönləndirilən aysberqin görunən tərəfləridir. Zamanında Makron NATO-dan kənar ümumAvropa silahlı qüvvələrinin yaradılması təklifi ilə çıxış edən kimi Fransada sarı jiletlilər hərəkatı başlandı, xatırlatmaq yerinə düşər ki, Fransada 5-ci respublikanın yaradıcısı prezident De Qoll da ABŞ banklarında saxlanılan və Fransaya məxsus olan qızılların geri qaytarılması tələbi ilə çıxış edən kimi bu ölkədə tələbələrin etiraz aksiyaları başlamış, nəticədə De Qoll istehfa verməyə məcbur olmuşdu.

Bunu xalqcebhesi.az-a politoloq Elşən Manafov deyib.

Xatırladaq ki, oktyabrın 17-də Fransada sentyabrın ortalarından başlayan etiraz aksiyaları silsiləsi çərçivəsində ən böyük ümummilli nümayiş keçirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 550 min nəfər küçələrə çıxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan, səs qumbaralarından və su şırnaqlı maşınlardan istifadə ediblər.

Etiraz hərəkatı sentyabrın ortalarında başlayıb. Həmin vaxt Parisin ətraf ərazilərində məktəblərin vəziyyətinin yaxşılaşdırılmasını tələb edən yuxarı sinif şagirdləri küçələrə çıxıblar. Daha sonra onlara qiymət artımından narazı olan insanlar qoşulub və aksiyalar ölkənin digər bölgələrinə də yayılıb.

Cavid