26 Oktyabr 16:32
26 Oktyabr 13:58
09:42
511
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri krallıq istiqamətində husilər tərəfindən buraxılmış üç balistik raketi və dörd zərbə pilotsuz uçuş aparatını (PUA) vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəmən qruplaşmasına qarşı koalisiyanın nümayəndəsi general-mayor Turki əl-Maliki "X" sosial şəbəkəsində məlumat yayıb.
Məhv edilən üç raket husilər tərəfindən Səudiyyə Ərəbistanının Şərq əyaləti istiqamətində atılıb.
Səudiyyə HHM vasitələri tərəfindən zərərsizləşdirilən dörd dron isə husilər tərəfindən krallığın cənub bölgələrinə yönəldilib.
Bununla yanaşı, zərbələrin dəqiq hədəfləri açıqlanmır, xəsarət alanlar barədə də məlumat daxil olmayıb.
Məryəm Quliyeva