ÜST koronavirusa təkrar yoluxma ola biləcəyi ilə bağlı xəbərdarlıq edib Hadisə

ÜST koronavirusa təkrar yoluxma ola biləcəyi ilə bağlı xəbərdarlıq edib

Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa təkrar yoluxma ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
ÜST-ün məlumatında bildirilir ki, hazırda koronavirusa yoluxan və sağalan, bədənində antitellər olan şəxslərin yenidən təkrar yoluxmayacağına dair heç bir sübut yoxdur.
Məlumatda qeyd edilir ki, bəzi hökumətlər COVİD-19-dan sağalan və bədənində virusa qarşı antitellər olan şəxslərin təkrar infeksiyadan qorunduğunu güman edərək bunun səyahətə və ya işə qayıtmağa imkan yaradan "toxunulmazlıq pasportu" və ya "risksiz sertifikat" olduğunu düşünürlər: “Belə insanların ikinci bir infeksiyadan qorunmasına dair heç bir dəlil yoxdur”.