Tədrisi digər dillərdə olan məktəbəhazırlıq qruplarına müsahibələr onlayn keçiriləcək Hadisə

Tədrisi digər dillərdə olan məktəbəhazırlıq qruplarına müsahibələr onlayn keçiriləcək

"Repetitorluq fəaliyyətinə icazə verilməsinə baxmayaraq, valideyn və müəllimlərin sanitar epidemiloji vəziyyəti nəzərə alaraq onlayn dərslərə üstünlük verməsini xahiş edirəm".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabiteni yanında Operativ Qərargahın brifinqində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, "Virtual məktəb" platforması tətbiq olunub. Yaranmış vəziyyətlə əlaqədar texnologiyaların tətbiqi, müəllimlərin bu sahədə təcrübəsi genişlənib: "Əminəm ki, müəllimlər onlayn rejimdə fərdi məşğələləri keçəcəklər. Gəldiyimiz qənaət budur ki, karantin rejiminin qaydaları gözlənilməlidir. Digər xarici dillərdə təhsil alanların müsahibəsinin keçirilməsi əsas vəzifələrdəndir".
Nazir müavini qeyd edib ki, ilkin mərhələdə tədrisi digər dillərdə olan məktəbəhazırlıq qruplarına qəbul üçün ölkə üzrə 300 uşağın onlayn müsahibə mərhələsinə cəlb olunması planlaşdırılır: "Bunun nəticəsində texniki imkanlar müəyyənləşdiriləcək, həm də təcrübədən keçirəcəyik ki, onlayn müsahibə uşaqların psixologiyasına necə təsir göstərir. Əgər bu, müsbət effekt verəcəksə, o zaman biz 8000 uşağı da onlayn sistemlə müsahibədən keçirəcəyik".
Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulda müsahibə mərhələsi olmur.