“Türk Şurasının məqsədi xarici siyasətdə ölkənin maraqlarını bir araya gətirməkdir” Hadisə

“Türk Şurasının məqsədi xarici siyasətdə ölkənin maraqlarını bir araya gətirməkdir”

Ramil Həsənov: "Aprelin 24-də Çanaqqala müharibəsinin yüz illiyi ilə bağlı layihə hazırlayırıq"

ADA Universitetində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diplomatları üçün təlim proqramının açılış mərasimi keçirilib. Proqramın açılış açılışında ADA Universitetinin rektoru səfir Hafiz Paşayev, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi səfir Ramil Həsənov, təhsil nazirinin müavini Ceyhun Bayramov iştirak ediblər.
Tədbiri açılış nitqi ilə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açıb. O bildirib ki, ADA-da bütün Türk Şurasının üzv ölkələrindən olan tələbələr təhsil alırlar.
H.Paşayev proqram barəsində danışaraq qeyd edib ki, bu proqram gənc diplomatlar üçün çox faydalı olacaq: "Proqram martın 15-ə kimi davam edəcək. Sizin burada yaxşı vaxt keçirəcəyinizə ümid edirəm. Bu layihəni dəstəkləməyinizi arzu edirəm".
Daha sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi səfir Ramil Həsənov çıxış edərək qeyd edib ki, biz çox önəmli bir proqram həyata keçirdirik: "Bildiyiniz kimi, diplomatiya və xarici siyasət dövlətin əsas dayaqlarından birini təşkil edir. Türk Şurasının əsas məqsədlərindən biri də xarici siyasətdə ölkənin maraqlarına bir araya gətirmək və müdafiə etmək, bunla bağlı sistemin inkişafından ibarətdir. Bu istiqamətdə ən önəmli işlərdən biri gənc diplomatlarla birgə layihənin həyata keçirilməsidir. Biz artıq iki ildir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şuralarına üzv ölkələrinin gənc diplomatları üçün bu cür teninq kursu keçiririk".
Ramil Həsənov deyib ki, Türkdilli ölkələrinin dövlət başçılarının sammitinə qədər Vaşinqton Paris, Berlin türk diaspor mərkəzlərini yaratmış olacayıq.
O, həmçinin türk dövlətləri ilə əməkdaşlıq çərçivələrinə toxunub: "Türkmənistan bizim fəaliyyətimizdə qonaq olaraq iştirak etməkdədir. Özbəkistana gəlincə isə biz arzu edərdik ki, o da bizim ilə əməkdaşlıq etsin. Digər maraqlı məqam isə Avroba Birliyinin üzvü olan ,qədim Hun imperatorluğunun varisi sayılan Macarıstanın bizim təşkilata gəlmək istəyidir. Bununla bağlı da iş gedir. Ümid edirik ki türkdilli ölkələrinin dövlət başçılarının sammitində Macarıstan da iştirak edər".
Səfir onu da əlavə edib ki, Türkdilli ölkələrin ortaq televizya kanalının yaradılması istiqamətində iş gedir: "Bizim Türk Şurası olaraq aprel ayında bir çox böyük layihələrimiz var. Aprelin 24-də Çanaqqala müharibəsinin yüz illiyi ilə bağlı layihə hazırlayırıq".
Onun sözlərinə görə, bizim bir neçə ortaq layihələrimiz diaspor işi üzərində qurulub: " Belə ki, məqsəd ortaq iqtisadiyyat, sənayə, gömrük, təhsil, mədəniyyət sahələrində türk ölkələrinin əməkdaşlıqlarını gücləndirməkdir. Türk Şurası əslində hökümətlərarası kordinativ bir orqandır. Ona görə də, biz dövlətlərin 12 istiqaməti ilə bağlı layihələrini birbaşa kordinasiya edirik. İndi isə ortaq televizya kanalının yaradılması istiqamətində iş gedir. Bu kanalın mərkəzinin hara olacağı hələ ki, məlum deyil. Çox güman ki, yaxın bir il ərzində kanal yaradılacaq".
R.Həsənov həmçinin vurğulayıb ki, ən böyük layihə təbii ki, dövlət başçılarının sammitidir: " Türkdilli ölkələrinin dövlət başçılarının sammiti bu ilin sentyabında Qazaxıstanın paytaxtı Astana şəhərində keçirələcək. Biz arzu edirik ki, Türkmənistan və Macarıstan rəhbərliyi də iştirak etsin".