“Orxon-Yenisey kitabələri” Mədəniyyət

“Orxon-Yenisey kitabələri”

O türk dövlətçilik fikrinin və təcrübəsinin mükəmməl nümunəsidir

"Orxon-Yenisey yazılarından aydın olur ki, döyüşkən, cəsarətli oğuzlar Göytürk xaqanlığının əsas tayfalarından biri olublar. Bunu oğuzların başçılarının daşıdığı yabqu ünvanı da təsdiqləyir. Özlərini ilk türk cahan dövləti quran əfsanəvi Oğuz Ataya bağlayan bu tayfa VII-VIII əsrlərdə Tula çayı ətrafında yaşayıb, IX-XII əsrlərdə Sır-Dərya və onun şimal çöllərinə gəlib, mərkəzi Yenikənd olmaqla oğuz yabqu dövlətini qurublar. İyirmi dörd sancaq bəyindən ibarət olan bu yabqu dövləti təqribən XII əsrin əvvəllərində dağılıb, sonra oğuzların bir hissəsi Səlcuqların (kınıq tayfasının) başçılığı altında Xorasana, Azərbaycana, Anadoluya yürüşlər ediblər. Monqolların yürüşünə qədər oğuzların əksəriyyəti Səlcuq cahan dövləti tərkibində yaşayıblar. Məhz bu dövrlər və monqol yürüşlərindən sonrakı dövr oğuzların dastan dövrüdür".
Tarixin epikləşməsi folklor dilinin bütün sferalarda aktiv işləndiyini göstərir. "Gültəkin kitabələrində real tarixi hadisələr əksini tarırsa, digər yazılarda isə bunu görmürük. Sonuncularda əfsanəvi-fantastik ruh qüvvətlidir. Tonyukuk kitabələrində bütün hadisələr rersonayların mükaliməsi əsasında qurulub. Burada Tonyukuk əhvalatları danışsa da, başqa surətlər öz sözü və səsi ilə seçilir".
Göytürk dövlətində hakimiyyətin varislik məsələsi haqqında tədqiqatlarda məlumat verilir: "Türk adətinə görə, türk dövlətinin şərq budağını (hissəsini) idarə edən kiçik xan, yəni vəliəhd hesab edilirdi; xaqan öldükdən sonra məhz şərq budağını idarə edən kiçik xan xaqanlıq taxtına çıxırdı". Türklərdə özünəməxsus seçki mədəniyyəti də mövcud olub: "Türklərdə xanı taxta çıxarmağın qəribə adəti vardı. Xan seçiləcək adam keçə üstündə oturdulurdu, ətrafında doqquz dairə vurub oynayırdılar. Sonra xanı ata mindiridilər. Bu vaxt bir nəfər qəfildən ipək parçanı onun boynuna atır və boğurmuş kimi sıxır, eyni zamanda ona sual verirdi: "Bizə neçə il xanlıq edə biləcəksən?" Xan boğula-boğula istənilən rəqəmi deyirdi". Göy türklərdən bəhs edən mənbələrdə onların cəsur və igid olmaları, onlar üçün namusun ən müqəddəs şey sayılması bildirilir. Qədim türklərdə ölkə əhalisinin yaşayışının, sosial rifahın təmin olunmasının dövlət vəzifəsi olduğu qeyd olunur. "Tenri yarlıkadukın üçün, özüm kutum bar üçün kağan olurtım. Kağan olurır yok çığay bodunığ kor kobartdım, çığay bodunığ bay kıltım, az bodunığ üküş kıltım. Azu bu sabımda igid borğu türk bəglər, bodun, esidin: türk (bodunığ ti) rilir il tutsıkının bunta utrım, yanqılır üləsiginin yəmə bunta urtım nənq nənq sabım ersər, bengü taşka urtım". Tanrının iradəsi olduğu üçün, özümün bəxtim olduğu üçün xaqan oldum. Xaqan olub yoxsul, kasıb xalqı bütünlüklə torladım, yoxsul xalqı varlı etdim, az xalqı çox etdim. Məgər bu sözümdə şişirtmə var? Türk bəyləri, xalqı eşidin: türk xalqının dirçəlib el tutacağını burada həkk etdim, yanılıb parçalanacağını da burada həkk etdim. Nə qədər sözüm varsa, əbədi daşa həkk etdim. Burada hökmdarın xalqa münasibəti ifadə olunur. Türk hökmdarının xarakteri belədir: "Türk xalqının adı, şöhrəti yox olmasın deyə, atam xaqanı, anam xatunu yüksəltmiş Tanrı, türk xalqının adı, şöhrəti yox olmasın deyə, özümü Tanrı xaqan etdi".
Abidədə qeyd olunur ki, mən xaqan olanda xalq ac, yoxsul və çılraq idi. Mən xalqın çox kasıb bir vaxtında xaqan oldum. Ata-babalarımızın, xalqımızın şöhrətinin itməməsi naminə kiçik qardaşım Kültiginlə məsləhətləşib gecə-gündüz çalışdıq, xalqı ağır vəziyyətdən çıxardıq, yoxsul xalqı zənginləşdirdik, xalqın sayını çoxaltdıq və s. Türk dövlət başçısının xalq naminə və xalq üçün gördüyü işlər indi də dövlətçilik mədəniyyəti üçün örnək ola bilər.
Abidələrdə türk dövlətinin rəmzi olan bayrağa tuğ, dövlət tədbirlərində, rəsmi mərasimlərdə və hərbi yürüşlərdə bayrağı araran şəxsə bayraqdar anlamına gələn tuğtutar deyildiyi də məlum olur. "Orxon-Yenisey kitabələri türkdilli tayfaların (türk xalqlarının – A.X.) bədii zövqünü, dini-mifoloyi görüşlərini, türk şeirinin gözəlliklərini və ideya-mövzu qaynaqlarını öyrənmək üçün zəngin mateial verdiyi" kimi, türk dövlətçilik fikrinin və təcrübəsinin də ən mükəmməl nümunələrini özündə birləşdirir. Burada dövlətçilik dərin humanizm ideyaları ilə zəngindir və milli ruhu yüksəldən emosional effektə malikdir.
Türk xalqlarının dövlətçilik ənənələrini və düşüncələ¬rini araşdırmaqda folklorla sıx şəkildə bağlı olan qədim "Fal" kitabı (VII-IX əsrlər), Mahmud Kaşqarlının "Divani lüğət-it türk" kitabı, Üusif Balasaqunlunun "Kutadqu bilik" poeması (1069), Nizamülmülkün "Siyasətnamə" (1076), Nizami Gəncəvinin əsərləri (XII əsr), Nəsrəddin Tusinin "Əxlaqi-nasiri" (1232-1233), Rəşidəddinin "Cami ət təvarix" (Oğuznamə) (XIV əsr), Əbubəkr Tehraninin "Kitabi- Diyarbəkriyyə" (1470-1471) əsəri və Şah İsmayıl Xətainin "Divan"ı daha çox səciyyəvidir.
Dövlətçilik ideyalarının, türkçülük ideologiyasının və qədim türk mədəniyyətinin şah əsəri olan Mahmud Kaşqarlının (1008-1095) "Divani lüğət-it türk" (1072-1074) kitabı tədqiqatçıların qeyd etdiyi kimi bütün digər ehtiyatları ilə yanaşı, həm də zəngin folklor antologiyasıdır. Abidəni epoxal bir mədəniyyət hadisəsi kimi dəyərləndirən Y.Qarayev yazır: "İlk islam-türk ədəbiyyat dil abidələri ilk klassik islam-türk yarandı-Qaraxanlılar vaxtı: "Qutadqu bilik" (1069), "Divani hikmət" (XI əsr), "Ətabətül həqaiq" (XII əsr). Həmin əsrlərdə, təxminən eyni vaxtda meydana çıxan "Divani lüğət-it-türk"ü (1072-1074) isə artıq yalnız növbəti dil və fikir kitabəsi hesab etmək mümkün deyil, yox: Mahmud Kaşqarlı (1008-1095) türk dilində kitab yazmayıb, türk dilinin kitabını yazıb: özü də Avropada ilk Qamus yaradanlardan ("ensikloredistlərdən"), Şərqdə Şəmsəddin Samidən, Rusiyada akademik Daldan və Oyeqovdan neçə əsr əvvəl! Daha doğrusu, o, ilk dəfədir ki, şeirdən, beytdən, sətirdən yox, mənadan, semantikadan məsnəvi və divan yaradıb". Abidəni çox yüksək səviyyədə və özünəməxsus üslubda dəyərləndirən alimə görə, "məhz düşüncədə cisimləşən yaddaşın dildə sənədinə çevrilən mənşə, tarix və coğrafiya burada vahid bir bilgi bankını təşkil edir. Üstəlik canlı, şifahi və obrazlı dil vahidləri, məsəllər, atalar sözləri ilə bu bilgi öz hüdudlarını adi semantika (lüğət) çərçivəsindən qat-qat geniş çərçivəyə çıxarır. Nəhayət, onun öz "Lüğəti"i ilə türkcəni öyrətmək, yaymaq niyyətini açıq, proqram bir şəkildə qarşıya qoyduğunu bir də o sübut edir ki, Kaşqarlı bu məqsədi öz arzusu şəklində yox, peyğəmbərin mesayı və vəsiyyəti səviyyəsində bir çağırış kimi irəli sürür: "Yalavacımız qiyamət bəlgələrini, axır zaman qarışıqlıqlarını və Oğuz türklərinin ortaya çıxacaqlarını söylədiyi sırada "Türk dilini öyrəniniz, çünki onlar üçün uzun sürəcək bir hakimiyyət vardır" – deyə buyurub.
Kaşqarlının türk xalqına, onun dilinə, folkloruna və mədəniyyətinə göstərdiyi xidməti diqqətə çəkən alim qeyd edir ki, "Kaşqarlı öz türk dil təbliğatını israrla və inadla, axıra qədər davam etdirir: "Dərdini dinlədə bilmək və türklərin könlünü almaq üçün onların dilləri ilə danışmaqdan başqa yol yoxdur". Sonrakı hakim qələm və qılınc sahibi türklərdən-səlcuqlardan, həmişə "atalarımız" deyə müraciət etdiyi oğuzlardan, osmanlılardan, əfşarlardan, qacarlardan ...fərqli olaraq lüğətçi alim türklüyün hətta adını ilahilik səviyyəsinə yüksəldir, "türk" kultunu Atatürkdən əvvəlki ən yüksək səviyyəyə Kaşqarlı çatdırır: "Uca Tanrı, mənim bir ordum vardır, ona "türk" adı verdim. Onları Şərqdə yerləşdirdim. Bir xalqa qəzəblənsəm, türkləri o xalqın üzərinə müsəllət qılaram" deyir. Bax bu, türklər üçün bütün insanlara qarşı bir üstünlükdür. Çünki Tanrı onlara ad verməyi öz üzərinə alıb, onları yer üzünün ən yüksək yerində, havası ən təmiz ölkələrində yerləşdirib və onlara "Öz ordum" deyib. Bununla bərabər, türklərdə gözəllik, sevimlilik, şirinlik, ədəb, böyüklərə hörmət, sözünü yerini yetirmək, sadəlik, öyünməmək, igidlik, mərdlik kimi öyülməyə dəyər, saysız yaxşı cəhətlər görünməkdədir.
"Haçan bir türk görsələr, bu adam üçün böyüklük və ululuq yaraşır və ululuq bunda qurtarır, söyləyəcək". Türkün şəninə Qurani-Kərimin, peyğəmbərin dilindən müqəddəs hədisi də məhz Kaşqarlı "Lüğət"də türkün şərəfinə yenidən səsləndirir, misal gətirir və incələyir.
Divan təkcə dövlətçilik düşüncəsini və mədəniyyətini əks etdirməklə məhdudlanmır, eyni zamanda onun ideoloyi əsaslarını təqdim edir. Dövlət quruculuğunun mənəvi təməli dil, folklor, din və ədəbiyyat məsələləri önə çəkilir. Kaşqarlının türk ölkəsini başdan-başa gəzərək folklor torlamasının özü dövlətçiliyə, onun mənəvi resurslarının möhkəmləndirilməsinə ən böyük xidmətdir.
"Divan"da insan və cəmiyyət münasibətləri kültür eroxaları baxımından çoxlaylıdır. Paremiyalarda daha çox yer alan sosial struktur beq-bodun modelidir. Bununla yanaşı boy (tayfa) və toy (camaat) kimi sosial strukturlar da müşahidə olunur. Bodun (xalq) boylardan, toylardan və soylardan ibarətdir. Məsələn, Oguz bodun (Oguz xalqı) 24 boydan (bunlardan 22-si göstərilib) ibarətdir. Paremiyalarda sosial vahidlərin ər, kişi, yalnquk, qul kimi ümumi anlayışları ilə yanaşı onun təşkil olundugu qrurlar da əks olunur. Cəmiyyətin strukturunda statusal dərəcələnmə də müşahidə olunur. Guc strukturlarında ərən, alr ər, alr ərən statusal mahiyyət daşıyır. Bunlar hərb işində böyük qəhrəmanlıq göstərmiş insanlara aiddir. Oxşar status mənəvi sahədə də mövcuddur. Belə ki, cəmiyyətdə yüksək mənəvi dəyərlərin daşıyıcıları özündə böyük hörmət məzmunu ifadə edən bilgə ərən adlandırılır ". "Divan" üzərindəki araşdırmalarımızda da qeyd etdiyimiz kimi, "cəmiyyətin siyasi təşkil modeli "el"dir". Müşahidələrdən aydın olur ki, bu söz iki anlamda işlənir: "El (dövlət). Savlarda dövlətə çox böyük əhəmiyyət verilməsini, onun ailədən üstün və daha aktual hadisə olmasını göstərən fikir ifadə olunur. "Xan ışı bolsa, qatun ışı qalır". (Xan işi olsa, xanım işi qalar) deyimi bunu aydın şəkildə göstərir. Dövlət işi ailə işindən daha vacib hesab olunur. Törü isə dövlətdən də üstün hadisə sayılır. "El qalır, törü qalmas". (Dövlət süqut edə bilər, törü dagılmaz) deyimində dövlətin süqut etmək məcburiyyətində qaldıgı zamanda da cəmiyyətin mənəvi rrinsirlərinin qorunub saxlanmasının zəruriliyi hökm olunur".

Ağaverdi Xəlil
filologiya üzrə fəlsəfə doktoru