Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
17 Sentyabr 2020 15:44
9 877
“İki ay ərzində Mədəniyyət Nazirliyinin müxtəlif sahələri ilə bağlı 200-ə yaxın rəy və təkliflər daxil edilib”.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.
O bildirib ki, kino, musiqi sahəsində inkişaf, musiqi məktəblərinin, kitabxanaların işində yeniliklər və s. sahələrdə olan bu təkliflər İşçi Qrupunun fəaliyyətində nəzərə alınacaq.
“Anar Ələkbərovun və Fərəh Əliyevanın iştirakı ilə bizim ictimai və mədəni xadimlərlə görüşümüz oldu. Orada da incəsənət xadimlərinin fikirlərini öyrəndik. Eyni zamanda “Zoom” formatında da 40-a yaxın ictimai xadimlə görüş keçirdik. Hər kəs islahatlar intizarındadır və hamı gözləyir ki, biz bu sahəyə yeniliklər gətirək.
Mədəniyyət Nazirliyi bu sahədə daha çox siyasəti müəyyən edən qurum olmalıdır. Biz bu yanaşmanı dəyişəcəyik. 2 ay ərzində apardığım təhlillərdə gördüm ki, həm mərkəzi aparatda, həm də nazirlikdə belə bir fikir var ki, Mədəniyyət Nazirliyi daha çox müəssisələrlə işləməlidir. Bu kökündən yanlış yanaşmadır. Mədəniyyət Nazirliyinin cəmiyyətin fərdi inkişafında rolu artırılmalıdır. Cəmiyyətin hərtərəfli inkişafında bu olmalıdır. Bu, eyni zamanda təhlükəsizlik məsələsidir”, - deyə A. Kərimov vurğulayıb.
24 Oktyabr 14:18
1 141
23 Oktyabr 12:36
2 002
22 Oktyabr 12:40
2 464