Tələbələr Neft Emalı Zavodunda İqtisadiyyat

Tələbələr Neft Emalı Zavodunda

Tural

Avqust ayında M.Lоmоnosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakultəsinin 13 nəfər tələbəsi Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalat təcrübəsi keçmişdir. Tələbələr təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılmış, daha sonra professor, kimya elmləri doktoru Boqdan Lazoryak və zavodun təcrübə rəhbərləri ilə birgə müəssisənin əsas texnoloji qurğularında istehsalat prosesləri ilə yaxından tanış olmuş, avtomatik idarəetmə sistemi və avadanlıqların iş prinsipləri haqqında məlumatlar əldə etmişlər. Tələbələrin istehsalat təcrübəsinin yekunu olaraq zаvodda müəllim və mütəxəssislərin iştirakı ilə təqdimat keçirilmişdir. Zavodun inkişaf tarixi və yaxın gələcəkdə texnoloji qurğuların yenidənqurması, modernizasiyası, eləcə də müasir qurğuların inşası haqda məlumat verilmişdir. İstehsalat təcrübəsinin yekunlarına dair tələbələrin məruzələri dinlənilmiş, onlar təcrübə rəhbərlərinin və zavodun mütəxəssislərinin suallarını cavablandırmışlar. İstehsalat təcrübəsi üçün yaradılmış şəraitə görə zavod rəhbərliyinə minnətdarlıq bildirilmişdir.