İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyulda həyata keçiriləcək İqtisadiyyat
- 27 Mart 2020 10:48
- 1 757
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında 504 nömrəli Qərarına dəyişiklik edilib. Qərara əsasən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi 3 mərhələdə həyata keçiriləcək. Belə ki, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi planlaşdırılan 21 inzibati ərazi vahidi, üçüncü mərhələdəki 15 inzibati ərazi vahidi ilə birgə sistemə qoşulacaq. Beləliklə, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi aprel ayında deyil, iyul ayında həyata keçiriləcək.
İyul ayının 1-dən etibarən icbari tibbi sığorta Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında tətbiq olunacaq.
Oktyabr ayının 1-dən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək.
Qərara dəyişiklik edilməsinə səbəb bir sıra dövlət qurumlarının, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyətinin və maddi resurslarının ölkədə koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilməsidir. Koronavirusla bağlı respublikada yaranmış vəziyyət Agentliyin və TƏBİB-in, o cümlədən bütün tibb müəssisələrinin və tibb işçilərinin ölkədə hər an dəyişə bilən sanitar-epidemioloji vəziyyətə hazır olmalarını, onların bütün güc və səylərinin virusla ciddi mübarizəyə yönəltmələrini tələb edir.
Qeyd edək ki, hazırda icbari tibbi sığorta 23 şəhər və rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax) tətbiq edilir.
- 28 Mart 18:29
- 756
- 28 Mart 17:56
- 812
- 28 Mart 17:55
- 791
-
25 il əvvəl terror aktından sağ çıxan bacılar "Crocus City Hall"da həlak oldular
-
Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Azərbaycana səfər edəcək
-
Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək - Fərid Qayıbov
-
Azərbaycan millisi öz komandamızdır - “Spartak”ın sabiq futbolçusu
-
Şuşanın İƏT Gənclər Paytaxtı olması böyük əhəmiyyət daşıyır - Taha Ayhan
-
Əməkdar artist Rahib Əliyev vəfat edib
-
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
-
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
-
Taksilərə qoyulmuş tələblər qanunvericilikdə bu günə qədər var idi - RƏSMİ
-
Mingəçevirdə yataqxana binasında yanğın: sakinlər təxliyə edilib - VİDEO
-
Azərbaycanın sığorta bazarı son bir ildə ARTIB
-
Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq
-
Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB
-
Bu avtomobillər taksidə istifadə oluna bilməz - Yeni QƏRAR
-
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
-
Azərbaycanda gömrük borcunun bank hesabına ödənilməsi qaydası dəyişib
-
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rənglərinə dair tələb müəyyənləşdi
-
“Stadiumda bir oturacaq mənim haqqımdır” kompaniyasına start verilib
-
Qərbdən sülhlə bağlı qərəzsiz və ədalətli həll gözləmək mümkün deyil - Türkiyəli ekspert
-
Taksilər ağ və qırmızı rəngdə olmalıdır - QƏRAR
-
Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib
-
“O, erməni lobbisinin tapşırığı ilə hərəkətə keçir”
-
Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək
-
Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı ARTIRILIB
-
Bayram günlərində 39 yol qəzası olub, 7 nəfər ölüb
-
“Paşinyanın ilk işi Şahramanyanı həbsə atmaqdır”
-
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
-
Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı
-
Şolts: NATO-Rusiya müharibəsinin olmaması üçün əlimdən gələni edəcəyəm
-
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - BU TARİXDƏ
-
Azərbaycanda bank AMB-nin tələblərini pozdu
-
“Qərəz bülbülü” Solovyovun antiazərbaycan “cəhcəhi”
-
Azərbaycan Türkiyəyə ən çox boru qazı ixrac edən 3 ölkə siyahısına daxil olub
-
KİV: İsrail nümayəndə heyəti gələn həftə Vaşinqtona yola düşəcək
-
“Müştərək konfrans sülh prosesinə zərbə vura bilər”
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq
-
“Azərbycanla Ermənistan arasında sülh istiqamətində mühüm addımlar atılır”
-
Təbriz bazarında kafe restoranların fəaliyyət icazəsi ləğv edilib
-
Prezident İlham Əliyev avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi
-
“Görüş hərbi paktın əldə edilmə riski daşıyır”
-
“Vaşinqton və Brüssel başa düşməlidir ki...”
-
“İran rejimi Azərbaycan türklərini respublikanın siyasətlərindən kənarlaşdırmaq istəyir” iranşünas mütəxəssis
-
“Mərkəzi Bankın son qərarı kredit faizlərində ciddi dəyişikliyə səbəb olmayacaq”
-
Kreml hazırda “Crocus City Hall”un bərpasını müzakirə etmir - Peskov
-
Qərbin ERMƏNİSTAN ÜÇÜN yeni “vudro vilSON” PLANI
-
“Crocus City Hall”da bağlı qapılar təxliyə üçün nəzərdə tutulmayıb - Emin Ağalarov
-
“Bu, Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil”
-
“Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə...”
-
“Burada iki mühüm məsələ diqqəti çəkir”
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
-
Bakıda bu evlər bahalaşıb
-
Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb
-
Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”
-
ABŞ "Crocus City Hall"dakı terror aktına dair bütün məlumatları Rusiyaya ötürməyib - KİV
-
Urmu gölü ətrafında yenidən duz fırtınaları yüksəlib
-
Dünyada ərzaqların 17 faizi tullantıya çevrilir - BMT
-
Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər - Tokayev
-
Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
-
ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir - Ceffri Payet