17 İyul 19:42
10:24
546
İranın pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hərbi obyektlərinə və düşərgələrinə endirdiyi zərbələr nəticəsində Küveyt Silahlı Qüvvələrinin bir neçə hərbi qulluqçusu yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Hərbi qurumun məlumatına görə, zərbələr həmçinin kritik infrastruktur və mülki obyektlərə də dəyib.
Bundan əlavə, Küveyt ordusu ölkə ərazisinə hücum edən İran pilotsuz aparatlarını zərərsizləşdirmək üçün hava hücumundan müdafiə (HHM) sistemlərinin aktivləşdirildiyini bildirib.
Məryəm Quliyeva