“Rusiyaya tətbiq edilən sanksiyaların effektivliyi var” Dünya

“Rusiyaya tətbiq edilən sanksiyaların effektivliyi var”

“ABŞ və Avropa İttifaqı Rusiya qarşı yeni sanksiyalar mərhələsinə keçir. Qeyd edim ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların effektivliyi var. Qərb mətbuatı həmişə sanksiyaların tez effekt verməsini çox şişirdir. Ancaq sanksiyalar tez effekt vermir, tədricən təsir edir və görürük ki, çox gözəl də effekt verir. Lakin söylədiyim kimi tez yox, 4-5 il ərzində təsiri olar”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Rizvan Hüseynov bildirib.

Politoloq qeyd edib ki, nəticə etibarı ilə Rusiyanın hərbi-siyasi, hərbi-texniki gücü azalır: “Rusiya daxilində Kremlə qarşı ictimaiyyətin mövqeyi neqativləşir. O baxımdan sanksiyalar paketi əsasən enerji istiqamətindədir. 21-ci paket daha çox Rusiyanın ağır sənayesi, hərbi sektoru üçün boğucu rol oynayır. O baxımdan effekti var. Lakin tam effektin nə vaxt olacağını, bütün hədəflərə hansı müddət ərzində çatacağını heç kim öncədən söyləyə bilməz”.

Röya İsrafilova