"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb İqtisadiyyat

"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

"Moody's Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.

Reytinq agentliyi 2026-cı ildə Azərbaycanın iqtisadi artımının təxminən 1,5%, ortamüddətli perspektivdə isə 2-2,5% olacağını proqnozlaşdırır.

Moody's hesab edir ki, qeyri-neft sektorunun inkişafı, rəqəmsal infrastruktur layihələri, regional nəqliyyat əlaqələrinin genişlənməsi, eləcə də dövlət maliyyəsinin idarə olunması, bank sektorunun tənzimlənməsi və fiskal nəzarət sahələrində aparılan islahatlar iqtisadi artımı dəstəkləyəcək.