Ağsu: hər gün zəmilərə 85-dən çox kombayn çıxarılır İqtisadiyyat

Ağsu: hər gün zəmilərə 85-dən çox kombayn çıxarılır

Ağsu rayonunda taxıl biçini sürətlə davam etdirilir və artıq 15 min hektardan çox sahənin məhsulu yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bölgə müxbirinə bildirilib ki, taxılçılar bu mühüm kampaniyanın uğurla başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər. Hər gün zəmilərə 85-dən çox kombayn çıxarılır. Rayonun bütün ərazilərində, xüsusilə daha çox taxıl əkilən Gəgəli, Bico, Kəndoba, Ərəbmehdibəy, Ərəbsarvan və bir sıra digər ərazi dairələrində biçin daha mütəşəkkil aparılır.
Qeyd edək ki, cari mövsümdə rayonda 35 min 728,3 hektarda taxıl yetişdirilib. Zəmilərin 18 min 497,7 hektarı buğda, qalanı isə arpadır. Hələlik zəmilərin hər hektarından əldə olunan orta məhsuldarlıq 32,8 sentnerdir ki, bu da taxılçıları qane edir.