İranın İordaniyadakı bazalara zərbələri nəticəsində ABŞ hərbçiləri yaralanıb Dünya

İranın İordaniyadakı bazalara zərbələri nəticəsində ABŞ hərbçiləri yaralanıb

İranın İordaniyadakı hərbi bazalara təşkil etdiyi hücumlar nəticəsində bir neçə amerikalı hərbi qulluqçu yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, İran bu həftə İordaniya ərazisində yerləşən ən azı iki hərbi bazaya hücum edib. "CBS News"un mənbələrinin iddia etdiyinə görə, zərbələr nəticəsində bir neçə ABŞ hərbçisi xəsarət alıb.

Məryəm Quliyeva