“Bakıfilekspo-2014” IV Milli filateliya sərgisi keçiriləcək İqtisadiyyat

“Bakıfilekspo-2014” IV Milli filateliya sərgisi keçiriləcək

Tərlan

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti və Azərbaycan Filatelistler İttifaqının (AFİ) təşkilatçılığı ilə 7 noyabr tarixində "Bakıfilekspo-2014" IV Milli filateliya sərgisinin açılış mərasimi keçiriləcək. Nazirliyin məlumatına görə, mərasim Bakının "Four seasons" otelinin "Şur" salonunda , saat 11:00-da başlayacaq. 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş sərgi öz işini 8 noyabr tarixində başa çatdıracaq.
Təşkilat Komitəsindən qeyd edilib ki, reqlamentə uyğun olaraq sərgidə müsabiqələr filateliya, numizmatika və ədəbiyyat dərəcələrində keçiriləcək. Filateliya sərgisinin qonaqlarına Azərbaycan tarixinin önəmli səhifələrinə həsr olunmuş bir neçə maraqlı kolleksiya və bu sahədə dərc olunmuş yeni kitablar təqdim olunacaq, IV Milli filateliya sərgisi üçün xüsusi hazırlanmış zərfdə xatirə ştempelin vurulması mərasimi keçiriləcək. Müsabiqə qaliblərinin ükafatlandırılması mərasimi sərginin birinci iş günü keçiriləcək. Sərginin işi müddətində "Azərmarka" şirkəti və "Num.az" MMC-nin köşkləri fəaliyyət göstərərək, kolleksiyaçılara və sərginin qonaqlarına filateliya və numizmatika üzrə aksesuarların satışını təşkil edəcək.