Tramp: ABŞ heç vaxt kommunist ölkəsi olmayacaq Gündəm

Tramp: ABŞ heç vaxt kommunist ölkəsi olmayacaq

Amerika lideri Donald Tramp ABŞ-ın heç vaxt kommunist ölkəsinə çevrilməyəcəyinə əminliyini ifadə edib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə ABŞ-ın 4 İyul — Müstəqillik Günü münasibətilə Cənubi Dakota ştatındakı Raşmor dağının ətəyində çıxışı zamanı bildirib.
"Amerika heç vaxt kommunist ölkəsi olmayacaq. Siz ya Karl Marksa sadiq ola bilərsiniz, ya da Amerikaya; ya kommunist ola bilərsiniz, ya da vətənpərvər, hər ikisi eyni anda ola bilməzsiniz".

Trampın sözlərinə görə, ABŞ-da "kommunist təhlükəsinin yenidən baş qaldırması" müşahidə olunur və bu təhlükə, digər amillərlə yanaşı, ölkəyə "yeni gələnlər tərəfindən" qaynaqlanır.

Məryəm Quliyeva