24 Sentyabr 2020 12:38
2 562
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən verilən məlumata görə, hərracda tələb 70,7 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (22 sentyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 3% azalıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
19 Mart 17:53
3 766
19 Mart 16:15
1 988
19 Mart 13:47
2 121