

1 İyul 13:26
“Mina təhdidi köçkünlərin yurdlarına qayıtması və bərpa işlərinə mane olur”.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev təşkilatın illik plenar iclasındakı çıxışında deyib.
Diplomat minaların hətta tarixi və mədəniyyət abidələri sayılan yerlərdə, o cümlədən qəbristanlıqlarda basdırıldığını qeyd edib. O, soyqırımın qarşısının alınması, müharibə cinayətləri, etnik təmizləmə və insanlığa qarşı cinayətlər və bu kimi mövzulara da toxunub.
Tofiq Musayev vurğulayıb ki, adıçəkilən cinayətlərə görə məsuliyyətdən yayınmaq qaçılmaz olmalıdır. Çünki, müxtəlif siyasi vasitələrlə ədaləti gözdən salmaq və ona mane olmaq beynəlxalq hüquq və qanunun üstünlüyünə hörmətsizlikdir.