
Trump: Atəşkəsə nail olmasam, məyus olacağam
15 Avqust 20:00
15 Avqust 20:00
15 Avqust 19:34
15 Avqust 18:34
15 Avqust 18:03
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
"Belarusla Azərbaycan arasında təkcə siyasi deyil, həm də ticari-iqtisadi və humanitar sahələrdə münasibətlər uğurla inkişaf edir. Bir-birimizi bütün beynəlxalq təşkilatlar çərçivəsində tam olaraq dəstəkləyirik".
Xalqcebhesi.az xəbər verir ki, bunu Belarusun Müstəqillik Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbul zamanı bu ölkənin Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
O deyib ki, hər iki ölkə bir-biri ilə bərabərhüquqlu, dayanıqlı, xüsusilə də hazırkı konyukturanın təsiri ilə zədələnməyə məruz qalmayacaq münasibətlərin qurulmasında maraqlıdır.
Diplomatın sözlərinə görə, ölkəsi Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri dəstəkləyir və alqışlayır:
"Azərbaycanın həm regionda, həm də dünyadakı nüfuzu getdikcə daha da artır. Ölkələrimiz bir-birinin mövqeyini istər regional səviyyədə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində tam olaraq dəstəkləyirik. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 32 il keçir. Bu müddətdə ikitərəfli münasibətlərimiz, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsi daha da inkişaf edərək, yeni mərhələyə qədəm qoyub. Belarusda Azərbaycanın nailiyyətləri daim yüksək qiymətləndirilir".