Zelenski Prezident İlham Əliyevə Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı başsağlığı verib Siyasət

Zelenski Prezident İlham Əliyevə Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı başsağlığı verib

Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.

Xalqcebhesi.az xəbər verir ki, Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, iyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.