“Yeni İpәk Yolu marşrutunu yaradarkәn Cәnubi Qafqazdan yan keçmәk mümkün deyil” İqtisadiyyat

“Yeni İpәk Yolu marşrutunu yaradarkәn Cәnubi Qafqazdan yan keçmәk mümkün  deyil”

Li Youn Çuan: "Layihә yalnız iqtisadi әmәkdaşlığa әsaslanacaq və bu, yeni geosiyasi oyun deyil"

Bakıda "Cәnubi Qafqaz vә Mәrkәzi Asiya ölkәlәri İpәk Yolu iqtisadi kәmәri konteksindә" mövzusunda konfrans keçirilir. Konfransda Azәrbaycan, Çin, Türkiyә, Gürcüstan vә Mәrkәzi Asiya ölkәlәrindәn beyin mәrkәzlәrinin rәhbәrlәri iştirak edir.
Tәdbirdә çıxış edәn Prezident Administrasiyası Xarici әlaqәlәr şöbәsinin müdir müavini Әrәstu Hәbibbәyli Bakı-Tbilisi-Qars dәmir yolu xәttinin ilin sonuna kimi istifadәyә verilәcәyini xatırladıb. O deyib ki, dünya Azәrbaycanın günbәgün inkişafına şahiddir.
Türkdilli Ölkәlәrin Әmәkdaşlıq Şurasının baş katibi Ramil Hәsәnov regional ölkәlәrin bu layihәlәrin hәyata keçirilmәsi üçün güclәrini birlәşdirmәli olduğunu söyləyib.
Çinin Sosial Elmlәr Akademiyasının Rusiya, Mәrkәzi Asiya, Şәrqi Avropa İnstitutunun direktoru Li Youn Çuan bildirib ki, Yeni İpәk Yolu marşrutunu yaradarkәn Cәnubi Qafqazdan yan keçmәk mümkün deyil. Onun sözlәrinә görә, layihә yalnız iqtisadi әmәkdaşlığa әsaslanacaq və bu, yeni geosiyasi oyun deyil.
Panel müzakirәsindә çıxışı zamanı Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mәrkәzinin (SAM) direktoru Fәrhad Mәmmәdov bəyan edib ki, Azәrbaycan İpәk Yolu iqtisadi marşrutunda fәal rol oynamaq niyyәtindәdir. O qeyd edib ki, Azәrbaycan nәqliyyat sektoruna xüsusi önәm verir: "Biz siyasi iradә vә iqtisadi resurs baxımından buna tam hazırıq vә işlәrimizi yekunlaşdırırıq. Bakı-Tbilisi-Qars dәmir yolu xәttinin bu ilin sonuna kimi işlәmәsini gözlәyirik. Azәrbaycan mәsuliyyәtli tәrәfdaş kimi özünü dünyada tanıdıb. Bu layihә Azәrbaycanın milli maraqlarına cavab verir. Layihәlәrәdә xüsusi bәnd var ki, Ermәnistan bu layihәlәrә qoşula bilәr, amma bir şәrtlә ki, işğalçılıq siysәtindәn әl çәksin vә Qarabağın azad olmasına tәkan versin. Ermәnistanın şәrq vә qәrb sәrhәdlәri bağlıdır. Bu işğal davam etdikcә belә olacaq. Ermәnistan iqtisadi cәhәtdәn perspektivsiz ölkәdir".
Tәdbirdә Türkiyә, Gürcüstan, Çin vә Orta Asiyadan olan beyin mәrkәzlәrinin direktorları çıxış edib.