Nazirliyin e-xidmətlərindən 170 min dəfə istifadə edilib İqtisadiyyat

Nazirliyin e-xidmətlərindən 170 min dəfə istifadə edilib

Tural

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi bütün e-xidmətlərdən cari ilin may ayında 169717 dəfə istifadə halı qeydə alınıb. ƏƏSMN-nin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti 113827, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidməti 40359, "İş yerinə dair arayış" e-xidməti isə 13401 istifadə sayı ilə son bir ayda da əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında qərarlaşıb. "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bildirişlərin nazirliyin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi vasitəsi kimi fəaliyyət göstərir. Ötən ilin ortalarından həmin sistemin işə salınması "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" e-xidmətlərinin də yaradılaraq istifadəyə verilməsinə imkan yaradıb.