XİN rəhbəri: Son tədris ilində 250 azərbaycanlı tələbə Niderland universitetlərinə daxil olub Cəmiyyət

XİN rəhbəri: Son tədris ilində 250 azərbaycanlı tələbə Niderland universitetlərinə daxil olub

"Əməkdaşlığımız konteksində, ənənəvi olaraq, humanitar sahədə əlaqələrə də nəzər salınıb”.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, uzun illər Niderlandın aparıcı universitetləri Azərbaycanın Xaricdə Təhsil üzrə Dövlət Proqramında yer alır: “Bu da təsadüfi deyil. Son tədris ilində 250 azərbaycanlı tələbə Niderland universitetlərinə daxil olub. Bunlar hamısı Dövlət Proqramı çərçivəsində deyil. Ali təhsil müəsisələri arasında əməkdaşlıqda da uğurlu təcrübəmiz var".