13:17
490
Şiə təşkilatı "Hizbullah" İran və ABŞ arasında yeni qarşıdurma yaranacağı təqdirdə İsrailə qarşı hərbi əməliyyatlardan çəkinəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Livan birpalatalı parlamentinin spikeri Nəbih Bərri bəyan edib.
"Hizbullah" bu dəfə İran tərəfində münaqişəyə cəlb olunmayacaq, bu mövqe respublika prezidenti Cozef Aunun diqqətinə çatdırılıb", - deyə siyasətçi vurğulayıb. Siyasətçinin sözlərini "Naharnet" xəbər portalı sitat gətirib.
Məryəm Quliyeva