12:34
1 022
“3 noyabr ABŞ Konqresinə keçiriləcək seçkilər adından da göründüyü kimi ABŞ-də qanunverici hakimiyyətin tərkibində dəyişikliyə gətirib çıxara bilər. ABŞ Prezidenti isə bu seçkilərin nəticəsindən asılı olmayaraq yenə də qarşıdakı müddət ərzində öz səlahiyyətlərini icra etdiyi üçün 3 noyabr seçkilərinin nəticəsi ABŞ-nin xarici siyasətində köklü dəyişikliyə səbəb olmayacaq”.
Bunu xalqcebhesi.az-a siyasi şərhçi Taleh Əliyev deyib.
T.Əliyev bildirib ki, əsas təsirləri isə 3 noyabr seçkilərində Demokratların qələbə qazanacağı təqdirdə Donald Trampın xüsusi ilə İran siyasətində, Yaxın Şərqdə müharibə ilə bağlı qərarları təkbaşına qəbul etməsində məhdudiyyət yarada bilər, bütövlükdə isə bu, ABŞ-nin xarici siyasətinin dəyişilməsinə gətirib çıxarmayacaq”.
Röya İsrafilova