MSK üzvlüyünə namizədlər məlum olub Siyasət

MSK üzvlüyünə namizədlər məlum olub

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədlərin adı məlum olub.
Milli Məclisdən verilən məlumata görə, Seçki Məcəlləsinə əsasən, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar, Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edib.
Milli Məclisin aprelin 15-də plenar iclasda müzakirəyə çıxarılacaq "MSK-nın üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında" qərar layihəsində MSK üzvlüyünə namizəd qismində Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Mikayıl Rəhimov, İlkin Şahbazov, MSK-nın əvəzedici üzvlüyünə isə Sürəddin Hümbətov, Bəhruz Quliyev, Aydın Muradov və Niyaməddin Orduxanovun adı yer alıb.