Araqçi: İsrailin Livana hücumu ABŞ-İran memorandumunu poza bilər Gündəm

Araqçi: İsrailin Livana hücumu ABŞ-İran memorandumunu poza bilər

İran İsrailin Livana qarşı hər hansı yeni hücumunu cümə günü Cenevrədə ABŞ nümayəndələri ilə imzalanacaq anlaşma memorandumunun müddəalarının pozulması kimi qiymətləndirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bəyan edib.

"Sionist rejimin (İsrail nəzərdə tutulur) Livana qarşı hər hansı hərbi hücumu və Livan ərazilərinin işğalını davam etdirməsi, bizim fikrimizcə, gələcəkdə anlaşma memorandumunun pozulması demək olacaq", — deyə o, xarici ölkələrin səfirləri ilə görüşü zamanı qeyd edib.

Məryəm Quliyeva