21 Avqust 13:24
21 Avqust 12:17
21 Avqust 11:44
16 İyun 12:37
2 562
2026-cı il iyunun 25-də “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, forumda İraq, Suriya, Livan və Türkiyədən 30 nəfərə yaxın vətəndaş cəmiyyəti təmsilçisinin iştirakı nəzərdə tutulur.
Tədbir türkman irsinin qorunması, ortaq tarixi-mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi məqsədini daşıyır.
Forum çərçivəsində “Nə yaxınmış uzaqlar!”, “Köklərdən gələcəyə körpü” adlı panel müzakirələri aparılacaq.
Forumdan əvvəl – iyunun 23-24-də qonaqlar Naxçıvana səfər edəcək, AMEA-nın Naxçıvan Bölməsində “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirədə iştirak edəcək, daha sonra Naxçıvanın zəngin tarixi-mədəni irsini əks etdirən bir sıra görməli məkanları ilə tanış olacaqlar.
Cavid
21 Avqust 20:36
595
21 Avqust 19:25
623
21 Avqust 18:46
637