Xələf Xələfov Polşada səfərdə olub Siyasət

Xələf Xələfov Polşada səfərdə olub

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə iqtisadiyyat, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi, kənd təsərrüfatı və dəmir yolu sahələri üzrə səlahiyyətli dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Polşada səfərdə olub.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Xələf Xələfovun Polşa Prezident Administrasiyasının dövlət katibi, Prezident kabinetinin rəhbəri Kşıştof Şçerski və xarici işlər nazirinin müavini Bartoş Çıxotski ilə görüşləri olub. Görüşlərdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda, nümayəndə heyəti üzvlərinin Polşa Respublikasının müvafiq qurumlarında görüşləri keçirilib. Görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov da iştirak edib.