Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Rusiyanın Qarabağ planı ilə bağlı şübhəli məqamlar

Rusiyanın Qarabağ planı ilə bağlı şübhəli məqamlar Siyasət

Rusiyanın Qarabağ planı ilə bağlı şübhəli məqamlar

Kremlin bu mövzuda Azərbaycanla birbaşa danışıqlara hazır olması barədə deyilənlər inandırıcı səslənmir

Cavid

1992-95-ci illərdə Ermənistan prezidentinin (Ter-Petrosyan) xüsusi tapşırıqlar üzrə səfiri işləmiş, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, qərbpərəst mövqeyi ilə tanınan politoloq David Şahnazaryan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti açıqlamarını edib.
Erməni portallarından birinə son müsahibəsində də o, deyib ki, İrəvan Minsk qrupu çərçivəsində fəallaşmaya yardım etməli, ABŞ-ın Minsk qrupundakı həmsədri Uorlikin təklifləri əsasında Böyük Sülh Sazişi və "Yol xəritəsi" hazırlanması işinə hazır olduğunu bəyan etməlidir: "Belə bir siyasətin ardıcıl həyata keçirilməsi Ermənistanın və Dağlıq Qarabağın Rusiya imperiyası tərkibində təzədən peyda olmaması üçün bəlkə də axırıncı şansdır. Bunun alternativi isə artıq elan olunan "Putin-Duqin Rusiya proqramı" olacaq. Hansı ki, o proqrama uyğun olaraq Moskva Dağlıq Qarabağ problemini nizamlayan yeganə tərəf qismində çıxış edəcək, Minsk qrupu neytrallaşdırılacaq və Ermənistanın əvəzinə Azərbaycanla Rusiyanın özü danışıqlar aparacaq".
Politoloqa görə, Moskva Azərbaycana artıq öz təkliflərini çatdırıb: "Onlar aşağıdakılardır: Qərblə sıx siyasi və energetika sahəsində əməkdaşlıqdan imtina eləmək, Rusiyanın siyasi və iqtisadi nəzarət məkanına qayıtmaq və Azərbaycanda Rusiyanın hərbi mövcudluğuna razı olmaq (RF-nin 1 nömrəli hədəfi). Bunların qarşılığında Moskva Dağlıq Qarabağ və onun ətrafındakı əraziləri qaytarmağa hazırdır. Kremlin bu planları Putinin neoimperiya siyasətinin şərtlərinə cavab verir. Bu planlar Qarabağ məsələsi ətrafında yeni situasiyanın yaranmasına gətirib ki, bu da bütün münaqişə tərəflərinin maraqları üçün ciddi təhlükə kəsb edir".
Politoloq Elşən Həsənov Şahnazaryanın dediklərində bir sıra məsələlərlə bağlı böyük həqiqətin olduğunu bildirib. Onun sözlərinə görə, erməni politoloqu bu işin içində olduğundan bəzi məqamlara düzgün aydınlıq gətirib: "Azərbaycan bu məsələdə Ermənistanla deyil, Rusiya ilə anlaşmalıdır. Rəsmi Moskvanın süni şəkildə yaratdığı Qarabağ münaqişəsinin həlli də onun əlindədir. Kreml Azərbaycanın Qərbə inteqrasiyasını həzm edə bilmir, əksinə rəsmi Bakının iri iqtisadi layihələrini Avropaya doğru istiqamətləndirməsi Moskvanın hiddətinə səbəb olub. Ona görə də, Şahnazaryan düz vurğulayır ki, əgər rəsmi Bakı Qərbdən üz döndərərsə Rusiya Qarabağ münaqişəsinin həllinə aydınlıq gətirə bilər. Amma bu yalnız ehtimal ola bilər. Şahnazaryanın bu ehtimallarının rəsmi Bakı tərəfindən qəbul ediləcəyini ağlıma belə gətirmirəm".
Ekspert Tərlan Həsənov isə bildirib ki, Şahnazaryanın Qarabağ münaqişəsi ilə bağlı fikirləri yalnız ehtimallar üzərində köklənib: "Onun dediklərinin heç birini Azərbaycan qəbul edə bilməz. Məsələn, Şahnazaryan Rusiyanın rəsmi Bakıya şərtlərindən danışıb. Bu şərtləri Azərbaycan qəbul edərsə onda müstəqilliyini itirmiş olacaq. Azərbaycanda Rusiyanın hərbi mövcudluğuna heç vaxt razılıq verilməz. Baş verən hadisələr onu göstərdi ki, Rusiyanın hərbi kontingenti hansı ölkədə varsa o ölkə mütləq işğal edilir. Düzdür, Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı birbaşa Rusiya ilə danışıqlara getməlidir. Ermənistan bu məsələdə Moskvanın əlində bir oyuncaqdır. Amma bu danışıqlarda müvəffəqiyyət əldə etmək də asan məsələ deyil. Rusiyanın imperialist siyasəti buna imkan verməz. Qaldı ki, Minsk qrupuna, həqiqətən də bu qrupun fəaliyyətinin heç bir effekt vermədiyi göz qabağındadır və bunu həmsədr dövlətlər də yaxşı görürlər".
Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 17-də Azərbaycanın işğal olunmuş əraziləri Kəlbəcər və Laçında məskunlaşmış ermənilərlə görüşüblər. Həmsədrlər Laçında bir qrup erməninin etiraz aksiyası ilə qarşılaşıb. Ermənilər həmsədrlərin bu yaxınlarda yaydığı bəyanata etiraz ediblər, Dağlıq Qarabağ ətrafındakı bölgələrin, özəlliklə Laçının Azərbaycanın nəzarətinə qaytarılması təklifinə qarşı çıxıblar.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, erməni separatçılarının bu canfəşanlığı Dağlıq Qarabağ problemi ətrafında gedən danışıqlar prosesinə heç bir təsir göstərə bilməyəcək. Deputat bildirib ki, ermənilərin təşkil etdiyi bu cür aksiyalar quramadır: "İşğalçı tərəf hər vəchlə torpağı əlində saxlamağa, onu rəsmiləşdirməyə cəhd edir. Bu, ermənilərin qeyri-qanuni istəyidir. Bu istəyin danışıqlara təsir göstərmək gücü yoxdur. ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə Azərbaycanın tələbi ilə getdilər. Gördülər ki, ermənilər BMT-nin qərarlarına zidd olaraq burada məskunlaşma işləri aparırlar. Bunu araşdırmaq adı ilə gələnlərə qarşı etirazların özü də əslində qeyri-qanuni məskunlaşmanın aparılmasına, üstəlik, bunu rəsmiləşdirmək cəhdinə sübutdur".
"Erməni tərəfdən sülh danışıqlarına bu cür etirazlar müharibə ehtimalını gücləndirə bilərmi" sualına politoloq belə cavab verib: "Müharibə üçün çox ciddi məsələlər səbəb ola bilər. Danışıqlar heç bir nəticə vermədiyi, perspektiv qalmadığı halda, o cümlədən əlverişli beynəlxalq məqam yarandığı təqdirdə torpaqlarımızı düşməndən azad etməyə tam hüququmuz var. Məsələ təkcə bundadır ki, o hüquqdan hansı məqamda və hansı şəkildə istifadə ediləcək".
Politoloq Elxan Mehdiyev isə deyib ki, qeyri-qanuni məskunlaşma həm Amerika Birləşmiş Ştatları, həm də Avropa üçün qəbuledilməz haldır: "Həmsədrlər də işğal olunmuş ərazilərdə qanunsuz, Ceyms Uorlikin dediyi kimi, zorla məskunlaşma aparıldığını sübut etdilər. Bu mənzərə Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Fakt odur ki, Amerikanın Bakıdakı, İrəvandakı səfirləri, ATƏT-in Minsk qrupundakı həmsədri birmənalı olaraq bildirirlər ki, ermənilər yeddi rayondan çıxmalıdırlar. İlk dəfədir bu sözü hamı bir ağızdan deyir. Bu məqamı qiymətləndirmək lazımdır".
Elxan Mehdiyev onu da vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin mövqeyi ardıcıl olarsa, effekt verə bilər: "Həmsədrlər ermənilərin Dağlıq Qarabağ ətrafındakı bölgələrdən çıxmalı olduqları haqda bəyanat veriblər. Amma bu mövqe davamlı olmalı, kağız üstündə qalmamalıdır. Əgər bu siyasət davamlı olacaqsa, nəticə verəcək. İndi Amerika və digər ölkələrdən olan həmsədrlər belə bəyanatla çıxış edirsə, sabah NATO bəyannaməsində də eyni fikirlər əksini tapacaq, Avropa Birliyi də bu mövqedən səslənəcək. Rusiya da eyni planı dəstəkləyir. Belə halda erməni tərəf tamam təcrid olunacaq. O zaman siyasi iradəsi, hünəri olan dövlətin öz torpağını azad etməsi üçün hər cür hüquqi əsas yaranacaq. İndiyə qədər də bu əsas vardı. Amma artıq beynəlxalq birliyin də dəstəklədiyi yeni situasiya yaranır".
Politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, bu gün Ermənistanın və dünya ermənilərinin başına gələn hər bir hadisə Azərbaycanın apardığı uğurlu siyasət nətcəsində mümkün olub. Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupu özünün 12 may bəyanatı ilə yol xəritəsi hazırlayıb, BMT TŞ-ya təqdim etməlidir: "Hesab edirəm ki, onların verdikləri bu bəyanat davam etdirilməlidir. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni ordusu çıxarılmalıdır. İkincisi ermənilər həmin əraziləri Azərbaycan tərəfinə təhvil verməlidir. Üçüncüsü, işğal olunmuş ərazilərdə erməni hərbçilərinin təlimi keçirilməməlidir. Bu 3 prinsipə Ermənistan dövləti əməl etməlidir".
Politoloqun fikrincə, Azərbaycanın hərbi aktivliyi artır və son zamanlar Azərbaycan ordusunda xeyli dəyişikliklər baş verib: "Bu gün Azərbaycan aviasiyası döyüş hazırlığı vəziyyətindədir. Azərbaycanın Dağlıq Qarabağın tənzimlənməsi ilə bağlı öz yolu var və bu yolla da gedir".