“İngilis dilində telekanala ehtiyacımız var” Siyasət

“İngilis dilində telekanala ehtiyacımız var”

Qüdrət Həsənquıiyev: "Ölkənin maraqları beynəlxalq aləmdə xüsusilə informasiya məsələləri ilə bağlı daha ciddi qorunmalıdır"

"Birbaşa qanunla bağlı olmasa da bu qanunla əlaqələi məsələdir, ona görə də mən, Ziyafət müəllim, sizin və o cümlədən Milli Məclisin müvafiq komitəsinin diqqətini bir məsələyə cəlb etmək istəyirəm".
Bunu millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında "Telekomminikasiya haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. Millət vəkili əlavə edib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyətinə çatdırılması üçün bizim ingilis dilində bir telekanala ehtiyacımız var: "Bilirsiniz ki, Rusiyanın, Qazaxıstanın, Ukraynanın, Çinin, Yaponiyanın və əksər ölkələrin ingilisdilli telekanalları var. Büdcənin müzakirəsi zamanı mən çıxışımda söylədim ki Aztv-yə 32, İctimai televiziyaya isə təqribən 12 milyon manat vəsait ayırırıq. Bu televiziyaların da digər telekanallardan heç bir üstünlüyü yoxdur. Olmaz ki, biz həmin vəsaitlə o televiziyaların bazasında ingilis dilində xəbərlər proqramı yayan bir kanal açaq. Biz bu il turizmin təbliği ilə bağlı dünyanın aparıcı xəbər telekanallarında məlumatların yayılması üçün büdcədən milyonlarla vəsait ayırdıq. Həmin vəsaiti gələcəkdə xarici telekanallara deyil, öz televiziyalarımıza verərik. Həm də söylədiyim kimi Azərbaycan həqiqətlərini dünyaya yaya bilərik. Ona görə də düşünürəm ki, bu barədə Milli Məclisin müvafiq komitəsi ilə yanaşı müvafiq dövlət qurumları da düşünsələr və uyğuyn qərar qəbul etsələr daha yaxşı olar. Yəni prezidentin sərəncamlarını oxumağa görə, Aztv-ni saxlayıb, ora 32 milyon manat xərcləməyin heç bir əhəmiyyəti yoxdur. Onsuz o da o biri kanallar da şərəflə prezidentin səfərlərini də işıqlandırırlar, sərəncamlarını da yayırlar. Bilirsiniz ki, əvəllər prezidentin səfərlərində digər özəl televiziyalar da iştirak edirdilər. Yəni hesab edirəm ki, bu barədə düşünülməlidir və dövlət vəsaitindən daha səmərəli istifadə olunmalıdır. Ölkənin maraqları beynəlxalq aləmdə xüsusilə informasiya məsələləri ilə bağlı daha ciddi qorunmalıdır".

"Silahlı Qüvvələr parlament nəzarətindən kənarda saxlanıla bilməz"

Millət vəkili həmçinin "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı da öz fikirlərini bölüşüb. Qüdrət Həsənquliyev bildirib ki, qanunun dili çox asandır, başadüşüləndir, fikirlər çox aydın ifadə olunub, həm də mükəmməl hazırlanıb: "Bu baxımdan layihənin üzərində işləmiş hər bir şəxsə öz minnətdarlığımı bildirirəm. Konseptual baxımdan 2 məsələnin qanunda öz əksini tapmasını istəyərdim. Birincisi silahlı qüvvələrin hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası ilə bağlıdır. Qnunun 13.2-ci maddəsində birmənalı şəkildə qeyd olunur ki, hərbi qulluqçular hərbi vəziufələrini yerinə yetirərkən silahlı qüvvələrin hərbi nizamnamələrinin tələblərini və komandirlərin, rəislərin qəbul etdiyi qərarları, əmr və sərəncamları icra edirlər. Konstitusiyanın 54-cü maddəsinin 2-ci hissəsinə görə, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müavimət göstərmək hər bir Azərbaycan Respublikası vətəndaşının hüququdur. Yəni bizim siılahlı qüvvələrin əsgər və zabitləri də Azərbaycdan Respublikasının vətəndaşlarıdırlar". Onun fikrincə, Azərbaycan Respublikasının Konstitusiyasının heç bir norması məhdudlaşdırıcı norma kimi qəbul oluna bilməz: "Deməli həmin əsgər və zabitlərin də ixtiyarı var ki, dövlətə qarşı qiyam, yaxud dövlət çevrilişi cəhdi olarsa onda onlar açıq formada konstitusiyaya zidd əmr və sərəncamları yerinə yetirməsinlər. Biz qardaş Türkiyədə iyul hadisələrini müşahiudə etdik. İnsanlara atəş açıldı, 300-ə dək günahsız, dinc insan hərbçilər tərəfindən qətlə yetirildi. Bu bizim üçümn çox üzücü idi. Heç olmasa konstitusiyanın 79-cu maddəsini bura daxil edə bilərik. Konstitusiyanın 79-cu maddəsində qeyd olunur ki, heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Bu müddəa, norma "Silahlı Qüvvələr Haqqında" Qanunda da öz əksini tapmalıdır və əmri verən də bilməlidir ki, o, konstitusiyaya və qanunlara zidd əmr verirsə, bu əmrlər icra olunmayacaq. Hesab edirəm ki, bu müvafiq daxili nizamnamələrdə də öz əksini tapmalıdır ki, gələcəkdə belə bir təhlükələr olarsa indidən onun qarşısını ala bilək. Yaxud 13.4-cü maddəyə əlavə edə bilərik ki, hərbi qulluqçular açıq formada hərbi cinayət hesab olunan əmrləri icra etmirlər. Məsələn sabah torpaqlarımızı işğaldan azad etdk. Hansısa zabit əmr verdi ki, dinc insanlara qarşı silah tətbiq edin. Bilirik ki, bu da hərbi cinayətdir. Belə olduğu halda bu tipli əmrlərin yerinə yetirilməməsi lazımdır. Düşünürəm ki, bu da qanunda öz əksini tapmalıdır".
Millət vəkili qeyd edib ki, ikinci mühüm məsələ 15-ci maddə ilə - silahlı qüvvələrin fəaliyyətinə nəzarətlə bağlıdır: "Burada qeyd edilir ki, silahlı qüvvələrin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir. Keçən dəfə deputat həmkarım Fazil Mustafa da burada məsələ qaldırdı. Söhbət parlament nəzarətindən imtinadan gedir. Burada bu barədə heç nə qeyd olunmur. Halbuki Konstitusiyasının 95-ci maddəsinin 3-cü hissəsinə görə, Azərbaycan Respublikası Milli Məclisi münasibət bildirilməsini zəruri hesab etdiyi istənilən məsələni parlamentdə müzakirə edib, müvafiq qərar qəbul edə bilər. Sözsüz ki bu icra orqanlarına və məhkəmə strukturlarına tapşırıq xarakteri daşımamalıdır.
Bundan başqa konstitusiyanın 95-ci maddsəinin 1-ci hissəsinin 5-ci bəndində deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisi dövlət büdcəsini qəbul edir və ona nəzarəti həyata keçirir. Əgər Milli Məclisin Silahlı Qüvvələr üzərində nəzarəti yoxdursa, büdcədən bu sahəyə ayrılan maliyyə vəsaitinin xərclənməsinə necə nəzarət edə bilər? Düşünürəm ki, 15-ci maddədə bu məsələlərlə bağlı fikir bildirilməlidir. Qeyd olunmalıdır ki, silahlı qüvvələrin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Azərbaycan Respublikasının Milli Məclisi xüsusi nəzarət qaydasında həyata keçirir. Hnsısa formada bu fikir ifadə olunmalıdır.
Ona görə də yeri gələndə Milli Məclisin müvafiq komitəsi bu və ya digər qanun pozuntuları, bizi narahat edən məsələlərlə bağlı müvafiq vəzifəli şəxsləri dəvət edib dinləmələr keçirmək hüququna malik olmalıdır. Heç bir halda Silahlı Qüvvələr parlament nəzarətindən kənarda saxlanıla bilməz. Ona görə də düşünrəm ki, bu iki konseptual və mühüm məsələ öz həllini tapmalıdır. Qanunda Silahlı Qüvvələrə ictimai nəzarəti hansısa formada qeyd etmək olar. Silahlı qüvvələrdə müsbət hallardan biri, məsələn ictimai nəzarəti həyata keçirmək üçün açıq qapı günlərinin keçirilməsidir. Mən bunu çox alqışlayıram. Bu zaman valideynlər hərbi hissələrə gedir, əsgərlərlə söhbət edirlər, onların qidalanması, yaşayış şəraiti ilə tanış olurlar. Bu da çox müsbət haldır və ictimai nəzarətin bir formasıdır. Əgər bu faktiki olaraq varsa, qanuna niyə öz əksini tapmasın? Gəlin bunu həm də bu və ya digər formada qanuniləşdirək".

Əli