İsrail səfiri: Azərbaycan və region "Tramp marşrutu"ndan möhtəşəm şəkildə faydalanacaq Siyasət

İsrail səfiri: Azərbaycan və region "Tramp marşrutu"ndan möhtəşəm şəkildə faydalanacaq

"Tramp marşrutu" təkcə bu regiona yox, digər bölgələrə də fayda verəcək.

Bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan İsrail səfiri Ronen Krausz APA-ya açıqlamasında bildirib.

“Qarabağda ikinci dəfə olmaqdan çox məmnunam. Biz Cəbrayılda, Zəngilanda olmuşuq. Buradakı layihələri, Konqres Mərkəzini görmüşük. Yollar, körpülər, tunellər-hər şey inanılmazdır. Üç həftə əvvəl də Qarabağda idim. Mən 3 həftə ərzində burada əldə olunan irəliləyişlərin şahidi oldum. "Tramp marşrutu" təkcə Azərbaycanın yerləşdiyi regiona yox, həm də digər regionların rifahına öz töhfəsini verəcək. Bu dəhliz Orta Dəhlizin bir hissəsi olaraq, Şərq və Qərbi, Şimal və Cənubu birləşdirəcək. Azərbaycan və region bundan möhtəşəm dərəcədə faydalanacaq”, - diplomat qeyd edib.